Icma.az
close
up
RU
Tramp Rusiya ilə müharibəyə hazırlaşır? Kritik ərazi iddiası

Tramp Rusiya ilə müharibəyə hazırlaşır? Kritik ərazi iddiası

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın son zamanlarda Qrenlandiya ilə bağlı açıqlamaları rezonans doğurub. Tramp ərazinin ABŞ-a qaytarılmalı olduğunu deyib və bunu Birləşmiş Ştatların təhlükəsizliyi üçün vacib adlandırıb. Yeni prezidentin açıqlamaları Danimarkada birmənalı qarşılanmayıb. 

Globalinfo.az xəbər verir ki, CNN Trampın bu məsələni gündəmə gətirməsinin bir neçə səbəbi olduğunu yazıb.

Nəşr ərazinin ABŞ və Avropa arasında unikal geosiyasi mövqeyə malik olduğunu qeyd edib:

“Qrenlandiya dünyanın ən böyük adasıdır, burada 56 mindən çox insan yaşayır. Əvvəl Danimarkanın koloniyası, indi isə ona bağlı muxtar ərazidir. Çox mühüm strateji mövqeyə sahibdir. Paytaxtı Nuuk ABŞ-ın Nyu-York ştatına Danimarkanın paytaxtı Kopenhagendən daha yaxındır. Danimarka Beynəlxalq Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ulrik Pram Gad deyir ki, bu ərazi uzun müddətdir ABŞ-ın təhlükəsizliyi üçün, xüsusən də Rusiyanın potensial hücumumlarını dəf etmək baxımından açar zona hesab olunur. Şimal-Qərb Keçidi gəmiçilik zolağı onun sahili boyunca uzanır və ada strateji dəniz bölgəsi olan Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq xəttinin bir hissəsidir”.

CNN yazır ki, Tramp Qrenlandiyanı almaq istəyən ilk ABŞ prezidenti deyil:

“1867-ci ildə Prezident Endryu Conson Alyaskanı satın alanda Qrenlandiyanı da almağı düşünürdü. Həmçinin İkinci Dünya müharibəsinin sonunda o zamankı Prezident Harri Truman administrasiyası Danimarkaya bu ada üçün 100 milyon dollar təklif etdi. Lakin bu təşəbbüslərin heç biri uğurlu olmadı. 1951-ci ildə imzalanan müdafiə müqaviləsinə əsasən, ABŞ Qrenlandiyanın şimal-qərbində Pituffik Kosmik Baza adlanan hava bazası inşa etdi. Beləliklə bu, Moskva və Nyu-York arasında ABŞ silahlı qüvvələrinin yerləşdiyi mərkəz oldu və raket xəbərdarlığı sistemi ilə təchiz edildi. Vaşinqton çalışır ki, Qrenlandiyaya heç bir düşmən ölkə nəzarət etməsin. Çünki bu ərazi ABŞ-ın təhlükəsizliyi üçün kilid rolunu oynayır.

Eyni zamanda qlobal istiləşmə səbəbindən burada buzlaqlar əridikcə nadir mineral sərvətlər də üzə çıxır. Vaşinqton həm də bunu düşünür”.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri