Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ilə bağlı analitiklərin fikirləri fərqlidir.
Lent.az-ın məlumatına görə, siyasi şərhçi Ben Marlou “The Telegraph” üçün məqaləsində yazır ki, Donald Trampın Ağ evə qayıdışı Rusiyaya iqtisadi təzyiq və Ukraynada müharibənin dayandırılması üçün katalizator ola bilər.
Trampın inauqurasiyasından bir neçə saat sonra Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin telefonla danışaraq, məqsədlərinin əməkdaşlığı yeni səviyyəyə çıxarmaq olduğunu bildiriblər.
Kreml rəhbərinin müşaviri Yuri Uşakovun bunu təsadüfi saymaq cəhdlərinə baxmayaraq, analitiklər ABŞ-ın xarici siyasətinin yenidən iddialı olmasının həm Moskvada, həm də Pekində narahatlıq doğurduğunu deyirlər.
İnauqurasiyasından bir gün sonra Tramp açıq şəkildə Çini tariflərlə hədələyərək, onu “qayda pozan” adlandırıb və Ukraynadakı müharibənin Kreml üçün “böyük problemlərə” gətirib çıxaracağını Rusiyaya açıq şəkildə bildirib.
Daha sonra o, ritorikasını gücləndirərək, münaqişənin uzanacağı təqdirdə Rusiya ixracına yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etmək planları barədə xəbərdarlıq edib.
Sanksiyaların təsiri ilə bağlı analitiklərin fikirləri bölünür. Bir tərəfdən, ABŞ və Rusiya arasında ticarətin həcmi nisbətən kiçikdir.
Bununla belə, Ben Marlou iddia edir ki, Rusiya iqtisadiyyatının həssas sektorlarına qarşı məqsədyönlü sanksiyalar ölkəyə ciddi ziyan vura bilər.