Icma.az, Redaktor.az saytına istinadən bildirir. "İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəf
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlə
Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib.
Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qəribabadi təmsil edəcək".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar: "Təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər.
Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir.
Donald Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir.