Icma.az
close
up
RU
Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir Politoloq

Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş martın 14-də Pekində keçiriləcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib. Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qəribabadi təmsil edəcək".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiya, Çin və İran tədricən üçtərəfli ittifaq formalaşdırmağa başlayıblar:

"Təsadüfi deyil ki, Pekindəki müzakirələrlə paralel olaraq bu 3 ölkə İran sahilləri yaxınlığında birgə hərbi dəniz təlimlərini də davam etdirirlər. Bu 3 ölkəni yaxınlaşmağa məcbur edən əsas səbəb ABŞ-ın xarici və təhlükəsizlik siyasətidir. Donald Tramp Rusiyanı Ukrayna ilə atəşkəsə məcbur etmək istəyir. Rusiya Prezidenti Vladimir Putin qərar verməkdə çətinlik çəkir. Onun Trampa “yox” deməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Donald Tramp Çin məhsullarına rüsumları artırıb ki, bu ABŞ-Çin münasibətlərində əlavə gərginlik yaradıb. Doğrudur, Tramp Çin lideri Si Cinpinlə iyun ayında görüşməyi planlaşdırır, ancaq Ağ Ev sahibi çətin ki, rüsum siyasətindən imtina etsin. Trampın üçüncü hədəfi İrandır. Ağ Ev sahibi İranın ali dini lideri Əli Xamaneiyə göndərdiyi məktubda nüvə mövzusuyla bağlı danışıqlara başlamağı təklif edib. Xamaneyi danışıqlar təklifini rədd edib. Bu o deməkdir ki, Vaşinqtonun İrana yönəlik siyasəti sərtləşəcək.

Beləliklə, 3 ölkə - Rusiya, Çin və İran Vaşinqtonun təzyiqi ilə üzləşiblər. Bu səbəbdən Moskva, Pekin və Tehran öz aralarında dialoqu və koordinasiyanı genişləndirməyə qərar veriblər. Bu 3 ölkə hesab edir ki, bir-birləri ilə koordinasiyalı şəkildə hərəkət etsələr, Trampın üçlü ittifaqa qarşı mübarizəsinin gücünü azalda biləcəklər. Rusiya, Çin və İranın birgə fəaliyyətlərinin digər məqsədi çoxqütblü dünyanın formalaşmasını sürətləndirməkdir. BRİKC və Şanxay Əməkdaşlıq Təşkilatı Rusiya, Çin və İrana buna görə lazımdır. ABŞ-la yanaşı Avrasiya qitəsinin bir çox ölkəsi də Rusiya-Çin-İran üçlü ittifaqının formalaşmasından məmnun deyillər".

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri