Tramp sərəncam imzaladı: Bitkoinin qiyməti... | Icma.az
Cebheinfo saytına istinadən Icma.az xəbər verir. ABŞ Prezidenti Donald Tramp ötən gün imzaladığı sərəncamla Bitkoinin Strateji Ehtiyatını və
Ehtiyat, müsadirə yolu ilə əldə edilən bitkoinlərdən ibarət olacaq və hökumət bu aktivləri uzun müddət saxlayacaq.
Bununla belə, bazar mövcud bitkoinlərin yeni alışlar deyil, ehtiyatlar adlandırılmasından məyus olub.Qərardan sonra bitkoinin qiyməti dəyişib.
“Cebheinfo.az” xəbər verir ki, Ağ Evin süni intellekt və kriptovalyuta üzrə rəsmisi Devid Saks sosial media platforması “X”-da ehtiyatın hökumət tərəfindən saxlanılan, cinayət və ya mülki müsadirə yolu ilə əldə edilən bitkoinlərdən yaradılacağını açıqlayıb.
Tramp administrasiyası hökumətin öz bitcoinlərini satmayacağını və bu ehtiyatın “rəqəmsal qızıl” kimi qorunub saxlanacağını bəyan edib.
Beləliklə, Tramp həftənin əvvəlində verdiyi açıqlamada strateji ehtiyatlar çərçivəsində təkcə bitkoinin deyil, “Ethereum” (Ether), “XRP”, “Solana” və “Cardano”-nun da qiymətləndiriləcəyini bildirib.
Elandan sonra bu aktivlərin qiymətləri artsa da, ehtiyatın necə fəaliyyət göstərəcəyi və vergi ödəyicilərinə necə fayda verəcəyi ilə bağlı heç bir aydın çərçivə təqdim edilməyib.
Kriptovalyuta bazarları elandan sonra qarışıq bir kurs izləyib.
Tam oxu
Xəbəri oxu