Icma.az
close
up
RU
Tramp sərəncam imzaladı: Bitkoinin qiyməti...

Tramp sərəncam imzaladı: Bitkoinin qiyməti...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ötən gün imzaladığı sərəncamla Bitkoinin Strateji Ehtiyatını və digər rəqəmsal aktivlərin ehtiyatını yaradıb.

Ehtiyat, müsadirə yolu ilə əldə edilən bitkoinlərdən ibarət olacaq və hökumət bu aktivləri uzun müddət saxlayacaq. Bununla belə, bazar mövcud bitkoinlərin yeni alışlar deyil, ehtiyatlar adlandırılmasından məyus olub.Qərardan sonra bitkoinin qiyməti dəyişib.

“Cebheinfo.az” xəbər verir ki, Ağ Evin süni intellekt və kriptovalyuta üzrə rəsmisi Devid Saks sosial media platforması “X”-da ehtiyatın hökumət tərəfindən saxlanılan, cinayət və ya mülki müsadirə yolu ilə əldə edilən bitkoinlərdən yaradılacağını açıqlayıb.

Tramp administrasiyası hökumətin öz bitcoinlərini satmayacağını və bu ehtiyatın “rəqəmsal qızıl” kimi qorunub saxlanacağını bəyan edib.
Beləliklə, Tramp həftənin əvvəlində verdiyi açıqlamada strateji ehtiyatlar çərçivəsində təkcə bitkoinin deyil, “Ethereum” (Ether), “XRP”, “Solana” və “Cardano”-nun da qiymətləndiriləcəyini bildirib. 

Elandan sonra bu aktivlərin qiymətləri artsa da, ehtiyatın necə fəaliyyət göstərəcəyi və vergi ödəyicilərinə necə fayda verəcəyi ilə bağlı heç bir aydın çərçivə təqdim edilməyib.

Kriptovalyuta bazarları elandan sonra qarışıq bir kurs izləyib. Bitkoinin qiyməti elandan dərhal sonra 5 faizdən çox ucuzlaşaraq 85 min dollardan aşağı düşsə də, sonradan bərpa olunaraq 88 107 dollara yüksəlib. Bitkoin yönümlü hedcinq fondu “Capriole Investments”-in qurucusu Çarlz Edvards hökumətin hazırkı bitkoinlərinə sadəcə “dəbdəbəli ad” verildiyini söyləyib:

“Bu, makiyajı olan köhnə bir plandır”. 
Bazar, mövcud bitkoinlərin yeni satınalmalar deyil, ehtiyat kimi təyin edildiyini görməkdən məyus olub.
Tramp administrasiyasının kriptovalyuta sənayesinə açıq dəstəyi seçki prosesi zamanı respublikaçıları dəstəkləyən kripto investorların təsiri ilə əlaqələndirilib. 

Müxaliflər bu addımın varlı investorlara fayda verdiyini, tərəfdarlar isə dövlətin əlində olan bitkoinlərin uzunmüddətli perspektivdə vergi ödəyicilərinə fayda verəcəyini iddia edirlər. Prezidentin sərəncamına əsasən, Xəzinədarlıq və Ticarət Nazirliyi  hökumətin əlavə bitkoinlər əldə etməsinə imkan verəcək, lakin vergi ödəyicilərinə əlavə xərclər qoymayacaq şəkildə planlaşdırmaq tapşırılıb. 

ABŞ hökumətinin təxminən 200 min bitkoinin olduğu bildirilərkən, erkən satışın vergi ödəyicilərinin 17 milyard dollar itirməsinə səbəb ola biləcəyi iddia edilib. Lakin bu hesablamalarla bağlı heç bir təfərrüat verilməyib.
Trampın kriptovalyuta sənayesinə güclü dəstəyi də maraqların toqquşması ilə bağlı iddiaları da gətirib. Tramp ailəsinin müxtəlif “memecoin” layihələrinə sərmayə yatırdığı və Prezidentin “World Liberty Financial” adlı kriptovalyuta platformasında payı olduğu barədə iddialar var.

Trampın köməkçiləri iddia edirlər ki, Prezidentin biznes sövdələşmələri kənar etik məsləhətçilər tərəfindən yoxlanılır.

Nigar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:345
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri