Tramp sülh axtarışındadır ŞƏRH | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ tərəflərə "kökə ilə yanaşı, həm də dəyənək" göstərirRusiya ABŞ-Avropa Birliyi arasındakı fikir ayrılıqları səbəbi ilə özünü daha baha qiymətə satmağa çalışırABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ukraynaya bütün hərbi yardım dayandırılıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin üzr istəməsi üçün Ağ Ev Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
Tramp və onun köməkçiləri nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni imzalamazdan və ya davamlı xarici yardımı müzakirə etməzdən əvvəl Zelenskinin günahını etiraf etməsini istəyirlər: "Yardımın kəsilməsi qərarı Ukraynaya təzyiq strategiyasıdır”.
Hətta dövlət katibi Marko Rubio Zelenskini Trampla münaqişəyə görə açıq şəkildə üzr istəməyə çağıran rəsmilərdən biri olub.
Trampdan sonra Avropa Birliyinin liderləri də Macarıstanın etirazları səbəbindən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırıb.
Həmçinin, “Röyters” məlumat yayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır.
Qeyd olunub ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb.
Tam oxu
Xəbəri oxu