Icma.az
close
up
RU
Tramp sülh axtarışındadır ŞƏRH

Tramp sülh axtarışındadır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ tərəflərə  "kökə ilə yanaşı, həm də dəyənək" göstərir


Rusiya ABŞ-Avropa Birliyi arasındakı fikir ayrılıqları səbəbi ilə özünü daha baha qiymətə satmağa çalışır


ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Ukraynaya bütün hərbi yardım dayandırılıb. Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin üzr istəməsi üçün Ağ Ev Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib. Tramp və onun köməkçiləri nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni imzalamazdan və ya davamlı xarici yardımı müzakirə etməzdən əvvəl Zelenskinin günahını etiraf etməsini istəyirlər: "Yardımın kəsilməsi qərarı Ukraynaya təzyiq strategiyasıdır”. Hətta dövlət katibi Marko Rubio Zelenskini Trampla münaqişəyə görə açıq şəkildə üzr istəməyə çağıran rəsmilərdən biri olub. Trampdan sonra Avropa Birliyinin liderləri də Macarıstanın etirazları səbəbindən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırıb. Həmçinin, “Röyters” məlumat yayıb ki, ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır. Qeyd olunub ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb. Bildirilir ki, məhdudiyyətlərin yumşaldılması ABŞ administrasiyası ilə Moskva arasında diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılmasına dair daha geniş danışıqlar zamanı müzakirə oluna bilər. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər ABŞ, həqiqətən də, Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər. Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır: “Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də, Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”. Peskov əlavə edib ki, Kreml Trampın “rusiyapərəst” olması ittihamları ilə razı deyil. O, Trampın birinci prezidentliyi dövründə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, Ukraynaya hərbi yardımları xatırladıb: "ABŞ Prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə, həqiqətən də, Rusiyaya qarşı çox addımlar atıb. Həqiqətən, hamı yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentlik dövründə bir çox sanksiyalar tətbiq edilib, Ukraynaya silah tədarükü başlayıb. Bu, həqiqətən də baş verib. Bu baxımdan Trampla ancaq razılaşmaq olar". Tramp özü də “rusiyapərəst” mövqe ilə bağlı ittihamları rədd edib. Bildirib ki, o, “Rusiyaya kədərdən başqa heç nə gətirməyib”. ABŞ prezidenti xatırladıb ki, onun rəhbərliyi altında Moskvaya qarşı sanksiyalar tətbiq edilib və “Javelin” raket sistemləri Kiyevə çatdırılıb. 

Bu arada ABŞ-nin vitse-prezidenti Ceyms Vens növbəti dəfə Kiyev hökumətini tənqid edib: "Zelenski müharibənin çox uzun sürəcəyini deyib. Onun bu müharibəni maliyyələşdirmək üçün pulu haradan alacağını bilmirəm. Avropanın müharibəni Bayden və Harrislə eyni səviyyədə maliyyələşdirəcəyinə şübhə edirəm". Vensin sözlərinə görə, avropalı dostları ukraynalılara qarşı son dərəcə yanlış hərəkət edirlər: “Bu ölkələrin əhalisi deyir ki, onlar bu müharibəni sonsuza qədər maliyyələşdirməyə hazırlaşmırlar. Amerikalılar da müharibəni sonsuza qədər maliyyələşdirmək istəmədiklərini bildirirlər. Ona görə də Amerika, Rusiya, Ukrayna və Avropanın maraqlarına cavab verən yeganə məsələ bu münaqişəyə son qoymaqdır”. O vurğulayıb ki, Zelenski Avropaya gəlir və bir çox avropalı tərəfdaşlar onu hər cəhətdən dəstəkləyir: "Ona deyirlər ki, “sən azadlıq döyüşçüsüsən, mübarizəni davam etdirməlisən”. Ancaq əbədi mübarizəni nə ilə aparmalıdır? Kimin pulu ilə, kimin döyüş sursatı və kimin hesabına?". Vens qeyd edib ki, Prezident Tramp daha realist mövqe tutur: “Biz bunu həmişəlik maliyyələşdirə bilmərik. Ukraynalılar əbədi döyüşə bilməz. Gəlin vəziyyəti sülh yolu ilə həll edək".


Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı addımları kənardan çox məntiqli görünməsə də, əslində, ABŞ siyasi mühiti və seçiciləri üçün kifayət qədər məntiqlidir. Ekspert bildirib ki, Ukrayna müharibəsi başından bəri, xüsusən üçüncü dünya ölkələrində çox qəribə bir romantizmlə müşahidə olunur: 


"Sanki burada azadlıq, ədalət, qardaşlıq və bərabərlik mübarizəsi var və dünya böyük şərə qarşı mübarizə aparır. Media təbliğatı əsasən bu yöndə aparılır. Amma işin kökünə endikdə bəlli olur ki, bu müharibədə ABŞ-nin qarşıya qoyduğu müəyyən məqsədlər var idi. Müharibədə uğursuzluq, sanksiyalar və təzyiqlərlə Rusiyada Putin hakmiyyətini devirməyə nail olmaq istəyirdilər. Hesab edirdilər ki, müharibə daxildə çaxnaşma, narazılıq yaradacaq, problemlərə səbəb olacaq və Putin çevrilişlə hakimiyyətdən gedəcək. Bu, ilkin plan idi. Co Bayden özü Ukraynaya verəcəyi dəstəyi belə ifadə etmişdi. Pentaqonun da maraqları o idi ki, Rusiyanı mümkün qədər zəiflətsin və Çinlə, İranla potensial qarşıdurmada Rusiya təzyiq göstərə bilməsin. Ancaq görünən odur ki, bu hədəflərə nail olmaq mümkün olmadı. Faktiki olaraq Rusiya Ukrayna ilə müharibəni davam etdirir. Düzdür, ciddi iqtisadi çətinliklərlə üzləşir, maliyyə, silah, insan itkiləri var. Amma uzun müddət dirənməyi bacardı. Üfüqdə Putinin devrilməsi, Rusiyanın parçalanması da görünmür. Bütün bunlara görə, Tramp Ukrayna layihəsini uğursuz layihə kimi görür və deyir ki, indiyədək yüz milyard dollarlarla vəsait xərclənsə də, qarşıya qoyulan məqsədlər reallaşmayıb. Tramp da bu layihəni sonlandırmaq, hətta mümkünsə, ABŞ-nin çəkdiyi xərcləri geri almaq istəyir. Ukrayna hakimiyyətinə təzyiqlər, əlvan metallar, minerallarla bağlı müzakirələr də bununla bağlıdır".


Siyasi şərhçi vurğulayıb ki, Rusiya indiki məqamda ABŞ və Avropa İttifaqı arasındakı gərginlikdən məharətlə istifadə etməyə çalışır:

"Əslində, Rusiya qarşı tərəflə görüşü və sülhü ən çox arzulayan tərəf idi. Çünki ölkənin resursları tükənmək üzrədir. Uzunmüddətli dövrdə siyasi-iqtisadi izolyasiyaya davam gətirə bilməz. Lakin Rusiya ABŞ-Avropa Birliyi arasındakı fikir ayrılıqları səbəbi ilə özünü daha baha qiymətə satmağa çalışır. Moskva özünü elə aparır ki, sanki sülhə, atəşkəsə Ukraynanın, Qərbin daha çox ehtiyacı var. Ona görə maksimum şəkildə öz şərtlərini irəli sürür. Artıq Trampın dilindən "Ukrayna işğal edilmiş ərazilərini qaytara bilməyəcək" kimi ifadələr eşidirik. Digər tərəfdən Tramp da kifayət qədər praqmatik siyasətçidir. Rusiya ilə təmaslar davam edərkən Ukraynaya ciddi texnoloji silahların verilə biləcəyini istisna etmir. Bununla Kremli də sülhə məcbur edir. "Kökə ilə yanaşı, həm də dəyənək" göstərir. Diplomatiya bu məsələdə tərəflərin güc göstərisinə çevriləcək. Hər iki tərəf mümkün kompromisləri əldə etmək niyyətindədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri