Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp populyar sosial media platforması "TikTok"un ölkədə qadağadan xilas ediləcəyini vəd edirdi.
Sözügedən müqavilə hələ də Trampın rəhbərliyində həyata keçirilə bilər, lakin məsələ ilə bağlı danışıqlara yaxın mənbələrə görə, ABŞ ilə "TikTok"un ana şirkəti - Çin mənşəli "ByteDance" arasında müzakirələr dalana dirənib.
Qaynarinfo "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, danışıqlarda iştirak edən mənbələrin gözlərunə görə, Çin hökuməti ABŞ-dan ticarət sahəsində daha geniş güzəştlər əldə etmədən müqavilənin uğursuzluğa düçar olmasına göz yuma bilər.
"ByteDance" şirkəti istənilən satış qərarı üçün Çin hökumətinin razılığını almaq məcburiyyətindədir.
Digər tərəfdən, Tramp administrasiyasının tətbiq etdiyi yeni gömrük rüsumları da mümkün bir razılaşmanı çətinləşdirir.
Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə "TikTok"un ABŞ-da qadağan edilməsinə cəhd edən şəxs olub.
O, platformanın milli təhlükəsizlik üçün risk yaratdığını əsas gətirərək "TikTok"u hədəfə almışdı.