Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp TikTok anlaşmasını istəyir, lakin Çin güzəştsiz razılaşmaya getməyəcək..

Tramp TikTok anlaşmasını istəyir, lakin Çin güzəştsiz razılaşmaya getməyəcək..

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp populyar sosial media platforması "TikTok"un ölkədə qadağadan xilas ediləcəyini vəd edirdi. Sözügedən müqavilə hələ də Trampın rəhbərliyində həyata keçirilə bilər, lakin məsələ ilə bağlı danışıqlara yaxın mənbələrə görə, ABŞ ilə "TikTok"un ana şirkəti - Çin mənşəli "ByteDance" arasında müzakirələr dalana dirənib.

Qaynarinfo "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, danışıqlarda iştirak edən mənbələrin gözlərunə görə, Çin hökuməti ABŞ-dan ticarət sahəsində daha geniş güzəştlər əldə etmədən müqavilənin uğursuzluğa düçar olmasına göz yuma bilər.

"ByteDance" şirkəti istənilən satış qərarı üçün Çin hökumətinin razılığını almaq məcburiyyətindədir. Digər tərəfdən, Tramp administrasiyasının tətbiq etdiyi yeni gömrük rüsumları da mümkün bir razılaşmanı çətinləşdirir.

Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə "TikTok"un ABŞ-da qadağan edilməsinə cəhd edən şəxs olub. O, platformanın milli təhlükəsizlik üçün risk yaratdığını əsas gətirərək "TikTok"u hədəfə almışdı. Lakin o, bu qadağanı həyata keçirmədən vəzifəsini Co Baydenə təhvil verib.

Trampın başlatdığı prosesi daha sonra ABŞ Konqresi davam etdirib və Bayden tərəfindən imzalanan bir qanun layihəsi qəbul olunub. Bu qanuna əsasən:

* "ByteDance" 90 gün ərzində "TikTok"u ABŞ-lı bir şirkətə satmalı idi;

* Əks halda, "TikTok" ABŞ-dan tamamilə çıxmalı, yəni istifadəçilər platformanı yükləyə və yeniləyə bilməməli idi.

* TikTok-un ABŞ-dakı fəaliyyəti üçün son tarix Trampın yeni prezident kimi işə başladığı həftəsonuna təsadüf edirdi. Bir müddət ABŞ-lı istifadəçilər "TikTok"a daxil ola bilmədi.

Seçki kampaniyası zamanı Tramp "TikTok"u xilas edəcəyinə" dair vədlər vermişdi. Məhz buna görə də "TikTok"un ABŞ-dakı fəaliyyətinin bərpasından sonra, platformada Trampa xüsusi təşəkkür mesajı əks olunub. "TikTok" hətta Trampın inauqurasiyasını bir şənliklə qeyd edib və şirkətin baş icraçı direktoru Şou Çyu onun andiçmə mərasiminə qatılıb.

Bununla belə, "ByteDance" üçün problem hələ həll olunmayıb. Şirkət "TikTok"u satmaq məcburiyyətində qalır.

Tramp administrasiyası ABŞ-dakı potensial alıcılarla danışıqlar aparıb, hətta ABŞ hökumətinin "TikTok"da pay alması fikrini də gündəmə gətirib.

Hazırda "TikTok" texniki olaraq ABŞ-da fəaliyyətini davam etdirir, lakin "Apple" və "Google"un tətbiq mağazalarında yer almır. Bu platformalar, "TikTok"u dəstəkləyəcəkləri təqdirdə maliyyə cəriməsi ilə üzləşə bilərlər. Trampın verdiyi sözlü təminata baxmayaraq, "Apple" və "Google" hələ də bu riski almağa hazır deyil.

"The Washington Post"la danışan bir analitikə görə, "ByteDance" "TikTok-u satmaq üçün maliyyə baxımından məcbur deyil. Çünki şirkət onsuz da milyardlarla dollar gəlir əldə edir. Çin üçün əsas prioritet isə "TikTok"un intellektual mülkiyyəti və platformanın tövsiyə alqoritmidir.

Bu səbəbdən, Çin hökuməti yalnız "TikTok"un özünün satılmasına icazə verə bilər, lakin onun arxasında duran alqoritmi ötürməkdən imtina edə bilər.

İndilik hər şey vaxtın nə göstərəcəyindən asılıdır:

* Tramp razılaşmanı cəlbedici etmək üçün Çin hökumətinə əlavə güzəştlər edəcəkmi?

* Çin hökuməti satışa icazə verəcəkmi?

* TikTok bir daha ABŞ-da tamamilə qadağan ediləcəkmi?

Hazırda hər iki ssenari mümkün görünür, lakin tərəflər hələ də konkret bir razılaşma əldə edə bilməyiblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri