Tramp Ukraynanın minerallarına buna görə göz dikib AÇIQLAMA | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. ABŞ Prezidenti Donald Tramp indi də Ukraynanın təbii sərvətlərinə göz dikib.
O, Ukraynadakı metal yataqları olan əraziləri öz nəzarətinə keçirmək istəyir.
Bu da ABŞ-nin Ukrayna-Rusiya müharibəsində Rusiyanın yanında olduğuna dair fikirləri təsdiqləyir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın hədəfləri əsasən Çin, İran və Yaxın Şərqdəki proksi qüvvələrdir: "İran məlum olduğu kimi İsrailə görədi.
Çünki Trampın elə birinci prezidentliyi dövründə də İsraillə çox geniş əlaqələri var idi və əsas məqsədi məhz İranın Yaxın Şərqdəki proksi qüvvələrini məhv etmək və onu zəiflətməkdir.
Yəni İsrailə qarşı olan təhlükəsini yox etmək nəzərdə tutulur. Qəzzanın köçürülməsi məsələsi də məhz buna görədir.
Trampın məqsədi İsrail ərazilərini genişləndirməkdir. İkinci hədəfi isə Çindir. Çinin iqtisadi gücünü məhv etmək istəyir.
Tramp buna görə də özünə Çinə qarşı mübarizədə müttəfiqlər qazanmaq istəyir.
Tam oxu
Xəbəri oxu