Icma.az
close
up
RU
Tramp Ukraynanın minerallarına buna görə göz dikib AÇIQLAMA

Tramp Ukraynanın minerallarına buna görə göz dikib AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp indi də Ukraynanın təbii sərvətlərinə göz dikib. O, Ukraynadakı metal yataqları olan əraziləri öz nəzarətinə keçirmək istəyir. Bu da ABŞ-nin Ukrayna-Rusiya müharibəsində Rusiyanın yanında olduğuna dair fikirləri təsdiqləyir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın hədəfləri əsasən Çin, İran və Yaxın Şərqdəki proksi qüvvələrdir:

"İran məlum olduğu kimi İsrailə görədi. Çünki Trampın elə birinci prezidentliyi dövründə də İsraillə çox geniş əlaqələri var idi və əsas məqsədi məhz İranın Yaxın Şərqdəki proksi qüvvələrini məhv etmək və onu zəiflətməkdir. Yəni İsrailə qarşı olan təhlükəsini yox etmək nəzərdə tutulur. Qəzzanın köçürülməsi məsələsi də məhz buna görədir. Trampın məqsədi İsrail ərazilərini genişləndirməkdir. İkinci hədəfi isə Çindir. Çinin iqtisadi gücünü məhv etmək istəyir. Tramp buna görə də özünə Çinə qarşı mübarizədə müttəfiqlər qazanmaq istəyir. Əgər Rusiya imkan verməsə, Çinin şimal bölgəsindən Avropaya yükdaşımalar həyata keçirmə məsələsində öz qüvvəsini itirəcək. Çünki məlum olduğu kimi, Çin Avropa və Amerikaya malları əsasən Rusiyanın vasitəçiliyi ilə daşıyır, yəni Şimal qütbü ətrafında məhz bu istiqamətdə hərəkət edirlər. ABŞ bunun qarşısını kəsmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq siyasəti aparmaq istəyir. Yəni Ukraynanı buna görə alver predmetinə çevirirlər".

Politoloqun fikrincə, Trampın əsas niyyəti məhz Ukraynaya vaxtilə ABŞ tərəfindən verilmiş silahların, xərclərin geri alınması üçün Ukraynanın mineral sərvətlərindən istifadə edilməsidir.

"Ukraynanın çox geniş mineral yataqları var və ABŞ çalışacaq ki, bu mənbələrdən istifadə etsin. Ancaq bu da təbii ki, yolverilməzdir. Çünki Ukrayna öz müttəfiqləri ilə bu məsələ barəsində danışır. İndi Ər-Riyadda ABŞ və Rusiya arasında görüş gözlənilir. Ukrayna bununla bağlı öz koalisiyasını genişləndirir. Avropa Birliyi və Çinin Ukraynanın yanında olduğunu görmüşük. Yəni Pekin dəfələrlə açıqlama verib və son zamanlar Çinlə Ukrayna arasındakı münasibətlər genişləndirilir. Eyni zamanda Avropa Birliyi ölkələri də Avropa Birliyi olmadan Ukrayna ilə bağlı danışıqları yolverilməz adlandırıblar və eyni zamanda Volodimir Zelenskinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni əhatə edəcək üç ölkəni əhatə edəcək ziyarəti başlayıb. Artıq Zelenski Birləşmiş Ərəb əmirliklərindədir", - deyə Z.Əmrəliyev qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri