Tramp uşaqlara qarşı ağır cinayətlərə görə edam tələb edilməsini tapşırıb

24.11.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ Prezidenti Donald Tramp bir sıra xüsusilə ağır cinayətlərə qarşı yanaşmanı sərtləşdirmək niyyətindədir.
Yeniavaz.com
“The Guardian”a istinadla xəbər verir ki, Tramp Ədliyyə Nazirliyinə uşaqları öldürənlərə, zorlama törədənlərə və insan alveri ilə məşğul olanlara qarşı ölüm cəzası tələb etməyi tapşırıb.
“Prezident sərəncamı imzalayacağam. Bu sərəncama əsasən, Ədliyyə Nazirliyi uşaqları öldürənlərə, eləcə də qurbanlarını öldürən zorakılıq törədənlərə və insan alverçilərinə qarşı ölüm cəzası tələb etməyə borclu olacaq”, – deyə o, Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Bundan əlavə, Tramp baş prokurora artıq çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməyi tapşırıb.
“Andlılar məhkəməsi qərarını verdikdən sonra ölüm cəzası sürətlə və qaçılmaz şəkildə icra olunacaq”, – deyə o, xüsusi olaraq vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью