Tramp uşaqlara qarşı ağır cinayətlərə görə edam tələb edilməsini tapşırıb
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bir sıra xüsusilə ağır cinayətlərə qarşı yanaşmanı sərtləşdirmək niyyətindədir.
Yeniavaz.com “The Guardian”a istinadla xəbər verir ki, Tramp Ədliyyə Nazirliyinə uşaqları öldürənlərə, zorlama törədənlərə və insan alveri ilə məşğul olanlara qarşı ölüm cəzası tələb etməyi tapşırıb.
“Prezident sərəncamı imzalayacağam. Bu sərəncama əsasən, Ədliyyə Nazirliyi uşaqları öldürənlərə, eləcə də qurbanlarını öldürən zorakılıq törədənlərə və insan alverçilərinə qarşı ölüm cəzası tələb etməyə borclu olacaq”, – deyə o, Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Bundan əlavə, Tramp baş prokurora artıq çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməyi tapşırıb.
“Andlılar məhkəməsi qərarını verdikdən sonra ölüm cəzası sürətlə və qaçılmaz şəkildə icra olunacaq”, – deyə o, xüsusi olaraq vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Tramp ABŞ də ukraynalı gənc qadının qatilinin edam edilməsini tələb edib
10 Sentyabr 2025 17:12
Tramp: İran rəhbərliyi bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmalıdır
31 Avqust 2026 16:35
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
17 Sentyabr 2026 03:02
Fidan: “Tramp Türkiyəyə qarşı sanksiyaların ləğvini tapşırıb”
16 Noyabr 2025 12:58
BTQ bu cinayətlərə görə kompensasiya tələb edəcək
31 Oktyabr 2025 11:35
Baxış sayı:47
Bu xəbər 24 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















