Tramp və Putin sanki Ukraynanı artıq bölüblər RƏY | Icma.az
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Liderlər tez zamanda postmüharibə dövrünə qədəm qoymaq istəyirlərRusiya və ABŞ Ər-Riyadda sanksiyaların ləğvi məsələsini müzakirə etməyib, müzakirələr hələ bu mərhələyə çatmayıb.
Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib.
O bildirib ki, Rusiya və ABŞ ərazi məsələlərini müzakirə etməyib, görüşün məqsədi fərqli idi: "ABŞ-nin xoşuna gəlsə də, gəlməsə də, Rusiya əsas regionlarda nüfuzu olan qlobal güc olaraq qalır.
ABŞ Rusiyanın nüvə potensialını nəzərdən qaçıra bilməz, Moskva ilə dialoq lazımdır.
Bayden dövründə ABŞ Rusiya ilə kontaktı itirdi, bu, hətta soyuq müharibənin qızğın çağında belə olmamışdı.
Tramp bəzi hallarda haqlı olaraq Zelenskidən narazıdır". Rubio əlavə edib ki, Trampla Putinin görüşü razılaşma üzrə irəliləyişdən asılıdır.
O, Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Sergey Lavrovla Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında mümkün görüşü müzakirə etdiyini təsdiqləyib.
Tam oxu
Xəbəri oxu