Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Tramp və Putin sanki Ukraynanı artıq bölüblər RƏY

Tramp və Putin sanki Ukraynanı artıq bölüblər RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Liderlər tez zamanda postmüharibə dövrünə qədəm qoymaq istəyirlər


Rusiya və ABŞ Ər-Riyadda sanksiyaların ləğvi məsələsini müzakirə etməyib, müzakirələr hələ bu mərhələyə çatmayıb. Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib. O bildirib ki, Rusiya və ABŞ ərazi məsələlərini müzakirə etməyib, görüşün məqsədi fərqli idi: "ABŞ-nin xoşuna gəlsə də, gəlməsə də, Rusiya əsas regionlarda nüfuzu olan qlobal güc olaraq qalır. ABŞ Rusiyanın nüvə potensialını nəzərdən qaçıra bilməz, Moskva ilə dialoq lazımdır. Bayden dövründə ABŞ Rusiya ilə kontaktı itirdi, bu, hətta soyuq müharibənin qızğın çağında belə olmamışdı. Tramp bəzi hallarda haqlı olaraq Zelenskidən narazıdır". Rubio əlavə edib ki, Trampla Putinin görüşü razılaşma üzrə irəliləyişdən asılıdır. O, Səudiyyə Ərəbistanında rusiyalı həmkarı Sergey Lavrovla Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında mümkün görüşü müzakirə etdiyini təsdiqləyib. ABŞ-nin baş diplomatı əlavə edib ki, mümkün görüş sövdələşməyə əsaslanan görüş olmalıdır, bu halda o baş tuta bilər. ABŞ-nin maliyyə naziri Skott Bessent deyib ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması danışıqlar mövzusu ola bilər. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın danışıqlara hazır olmasından asılı olaraq, sanksiyaları ya sərtləşdirə, ya da zəiflədə bilər. O xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın yanlış məlumatlandırılması (xüsusən də Zelenskinin reytinqi barədə) ilə bağlı son şərhləri uyğun deyil və ABŞ-Ukrayna münasibətlərini mürəkkəbləşdirib. Nazir vurğulayıb ki, Zelenski Münhen Təhlükəsizlik Konfransından əvvəl onu Ukraynanın mineral ehtiyatlarına hüquqların ABŞ-yə ötürülməsi ilə bağlı 500 milyard dollarlıq saziş imzalayacağına inandırıb, lakin bunu etməyib. Bessent hesab edir ki, razılaşma Trampın müharibəni bitirmək üçün “zərif” planının əsasını qoyacaqdı: “Ardıcıllıq belə olmalı idi: ukraynalıları iqtisadi əlaqələr vasitəsilə ABŞ-yə yaxınlaşdırmaq, amerikalıları, Amerika ictimaiyyətini inandırmaq, onların dəstəyini almaq. Sonra ruslara dəqiq mesaj vermək: masaya oturun, əgər bizə lazım olsa, sanksiyaları gücləndirəcəyik”.

Avropa Parlamentinin finlandiyalı deputatı, qurumun Xarici Əlaqələr Komitəsinin üzvü Mika Atola bildirib ki, ABŞ faktiki olaraq Avropaya ultimatum verərək, ona Ukraynanın təslim olması şərtləri ilə razılaşmaq üçün üç həftə vaxt verib: “ABŞ bizə Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi”. Onun sözlərinə görə, Avropa İttifaqı bunu etməsə, ABŞ qoşunlarını Avropadan çıxaracaq. “Tramp Rusiyanın indi və gələcəkdə təhlükəsizlik problemlərini prioritet hesab edir”. Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Ukrayna liderini “diktator” adlandırdığı qalmaqallı bəyanatını rədd edib. O deyib ki, Zelenski legitimdir və Rusiya lideri Vladimir Putindən fərqli olaraq azad sistemin seçilmiş prezidentidir: “Bu, uzun müddətdir rəqiblərini öldürən və seçkiləri manipulyasiya edən Vladimir Putinə aid deyil”. Fransa prezidenti Ukraynada hərbi vəziyyətə görə seçkilərin keçirilə bilməyəcəyini vurğulayıb və qeyd edib ki, seçkilərin keçirilməsi üçün davamlı sülh zəruri şərtdir.

Kanadanın Baş naziri Castin Trüdo da deyib ki, Ukraynanın təhlükəsizliyi təmin olunmasa, Avropada dayanıqlı sülhə nail olmaq mümkün deyil. Trüdo hesab edir ki, münaqişəni həll etmək üçün aparılan istənilən müzakirədə Ukrayna masa arxasında təmsil olunmalıdır. Prezident V.Zelenski isə ABŞ ilə "investisiyalar və təhlükəsizlik" məsələləri ilə bağlı razılaşma imzalamağa hazır olduğunu deyib. ABŞ Prezidnetinin xüsusi nümayəndəsi Kit Kelloqla görüşünün detallarından danışan Ukrayna rəhbəri qeyd edib ki, görüşdə savaş meydanındakı vəziyyət ətraflı müzakirə edilib: "Əsirlərimizi necə geri qaytara biləcəyimizdən danışdıq. Ukrayna ABŞ Prezidenti ilə investisiyalar və təhlükəsizlik məsələləri ilə bağlı razılaşmalara hazırdır".


Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Tramp və administrasiyası tərəfindən verilən bəyanatlar dəqiqliklə Rusiya prezidentinin bugünədək dedikləri ilə üst-üstə düşür. Analitikə görə, ümumiyyətlə, Tramp administrasiyası və Putin arasında Ukraynanın gələcəyi ilə bağlı ortaq baxış var: 


"Sanki Ukraynanı artıq bölüblər və tez zamanda postmüharibə dövrünə qədəm qoymaq istəyirlər. Ukrayna Prezidenti Zelenski haqlı olaraq sual edir ki, Kiyevin iştirakı olmadan Rusiya ilə necə danışıqlar aparıla bilər? Trampın cavabı isə odur ki, Zelenskinin legitimliyi yoxdur, onu ölkədə cəmi 4 faiz dəstəkləyir. Əlbəttə, bu, müəyyən suallar yaradır. Düzdür, ukraynalılar artıq müharibədən beziblər. Ələlxüsus, gənclər, qadınlar müharibənin davam etməsini istəmirlər. Hətta Ukraynanın şərq hissəsinin və Krımın hələlik Rusiya tərəfində qalmasına razıdırlar. Yetər ki, müharibə bitsin. Amma mövzu başqadır. Təbii ki, istənilən ölkədə ictimaiyyət savaşın uzanmasını, davamlı olmasını arzulamır, daha çox sülhü istəyirlər. Həm də nəzərə alaq ki, Tramp əvvəldən bütün dünyanı xəbərdar etmişdi ki, bu müharibədə günahkar Rusiya, Putin yox, məhz Ukrayna rəhbəri Zelenskidir. Tramp deyirdi ki, Putini müharibəyə vadar etdilər".


Ekspert əlavə edib ki, ABŞ-nin vitse-prezidenti D.Vens Münhendə elə üslubda çıxış etdi ki, sanki Amerika və Avropa İttifaqı müttəfiq deyillər: 

"Halbuki, həmin toplantıda Avropa liderləri iştirak edirdi və Vens ABŞ-nin birinci adamı yox, vitse-prezidenti idi. Amma buna baxmayaraq, çox üstdən-aşağı tonda danışırdı. Deməli, Trampla Putin arasında Avropanın gələcəyi ilə bağlı da fikir formalaşıb. Onlar hesab edirlər ki, Avropada aparıcı ölkələrin liderləri dəyişməlidir. Nəhayət, liberal-sol, liberal-mərkəz ideologiyasının yerinə, mühafizəkar sağçılar hakimiyyətə gəlməlidirlər. Bu istiqamətdə ABŞ əməli addımlar atmağa başlayıb. Baş verənlər çox ciddidir. Tramp və Zelenski arasında söz atışması, gərginlik göstərir ki, burada ABŞ-Ukrayna danışıqlarının effektivliyindən söhbət gedə bilməz. Mənə elə gəlir ki, Trampın Zelenskidən ümumiyyətlə zəhləsi gedir və onu qəbul etmək niyyətində deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri