Tramp və Putin Ukrayna məsələsində razılığa gələ bilmirlər Ekspert | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Trampın sözləri konkret deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının nizamlanmasında əhəmiyyətli irəliləyişin əldə edildiyi barədə səsləndirdiyi bəyanatı şərh edərkən deyib.
"Hazırda Trampla Putin arasında müxtəlif diplomatik mənbələrin göstərdiyi kimi, təmaslar mövcuddur.
Ancaq hələlik konkret müddəa və maddələr üzrə hər hansı bir anlaşma yoxdur. Sülh müqaviləsi də havada qalıb.
Çünki hər iki dövlətin öz maraqlarını müdafiə etməsi fonunda ortaq məxrəcə gəlmələri olduqca çətin görünür", deyə Rüstəm Tağızadə bildirib.
Ekspert qeyd edir ki, Trampın Ukrayna sərvətləri müqabilində ona silah, maliyyə yardımı veriləcəyi barədə açıqlaması müharibənin uzanacağı anlamına gəlir: "Tramp yaxınlarda qeyd edib ki, Ukrayna ərazisindəki sərvətlərdən istifadə edilməsinin müqabilində bu ölkəyə silah, maliyyə yardımı davam etdiriləcək.
Təbii ki, bu da müharibənin uzanmasına gətirib çıxara bilər".
Həmsöhbətimiz düşünür ki, indiki məqamda Moskva Vaşinqtonla uzlaşmaq istəyir: "Fikrimcə, bəzi diplomatik mənbələrin rəyinə əsasən bunun nə dərəcədə real olacağını zaman göstərəcək.
Tam oxu
Xəbəri oxu