Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mətləb Salahov: “Belə görünür ki, Tramp hazır planla hakimiyyətə gəlib” Donald Tramp hakimiyyətə gələr gəlməz dünya siyasəti əməllicə çalxalanmağa başlayıb.
Amerikalı milyarder Ağ Evə gələn kimi özündən əvvəlki Co Bayden administrasiyasının bütün streotiplərini bir-bir məhv edib siyasi zibilliyə tullamaqda davam edir.
USAİD kimi bir canavar təşkilatın çökdürülməsindən başlamış, Ukraynanın taleyini Rusiya lideri Vladimir Putinlə müzakirəyə çıxarmağa qədər ən kritik qərarlar verən hazırkı ABŞ administrasiyası, indi də “qoca qitə” üçün yeni sürpriz qərarlara imza atır.
Budur, ABŞ və Rusiya artıq Ukraynanın taleyini həll etmək üçün Səudiyyə Ərəbistanında danışqlara da başlayıblar.
Hər nə qədər də Avropa liderləri dəlicəsinə D.Trampın təkbaşına prosesləri öz nəzarətinə almaq cəhdinə qarşı çıxsalar da, fakt ortadadır ki, Ağ Ev Ukraynanın taleyini Rusiya ilə təkbaşına həll etmək qərarına gəlib.
Avropa liderlərinin Paris görüşündə səsləndirilən fikirlər daha çox özünümüdafiə xarakterlidir və Avropa qitəsindəki siyasi liderlərin baş verələr qarşısında konkret planlarının olmadığına sübutdur.
D.Tramp seçkilərdən əvvəl səsləndirdiyi “hər şey tamamilə başqa olacaq” bəyanatını artıq əməli işdə tətbiq edir.