Icma.az
close
up
RU
Tramp və Putin Ukraynanı bölüşdürürlər Avropa oyundankənardır...

Tramp və Putin Ukraynanı bölüşdürürlər Avropa oyundankənardır...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətləb Salahov: “Belə görünür ki, Tramp hazır planla hakimiyyətə gəlib”

Donald Tramp hakimiyyətə gələr gəlməz dünya siyasəti əməllicə çalxalanmağa başlayıb. Amerikalı milyarder Ağ Evə gələn kimi özündən əvvəlki Co Bayden administrasiyasının bütün streotiplərini bir-bir məhv edib siyasi zibilliyə tullamaqda davam edir. USAİD kimi bir canavar təşkilatın çökdürülməsindən başlamış, Ukraynanın taleyini Rusiya lideri Vladimir Putinlə müzakirəyə çıxarmağa qədər ən kritik qərarlar verən hazırkı ABŞ administrasiyası, indi də “qoca qitə” üçün yeni sürpriz qərarlara imza atır. Budur, ABŞ və Rusiya artıq Ukraynanın taleyini həll etmək üçün Səudiyyə Ərəbistanında danışqlara da başlayıblar. Hər nə qədər də Avropa liderləri dəlicəsinə D.Trampın təkbaşına prosesləri öz nəzarətinə almaq cəhdinə qarşı çıxsalar da, fakt ortadadır ki, Ağ Ev Ukraynanın taleyini Rusiya ilə təkbaşına həll etmək qərarına gəlib. Avropa liderlərinin Paris görüşündə səsləndirilən fikirlər daha çox özünümüdafiə xarakterlidir və Avropa qitəsindəki siyasi liderlərin baş verələr qarşısında konkret planlarının olmadığına sübutdur.
D.Tramp seçkilərdən əvvəl səsləndirdiyi “hər şey tamamilə başqa olacaq” bəyanatını artıq əməli işdə tətbiq edir. Diqqət edin, bu adam ikinci hakimiyyət dönüşünüdə ABŞ-ın özünün on illiklərdir davam edən sterotiplərini tamamailə ortadan qaldırmaq və dünya siyasətində mövcud qaydaları dərhal kökündən dəyişməklə işə başladı. Həm ABŞ-dan axıdılan milyon və milyardlara “stop” dedi, həm də Avropa qitəsinə hər şeyin bundan sonra başqa olacağını göstərdi. Əslində Paris görüşündə Avropa Birliyi liderləri Ukraynanın taleyindən daha çox D.Trampdan özlərinə qarşı yaranacaq təhlükə barədə həyəcan keçiriblər.

“Xüsusilə ABŞ-dan Avropaya axan “dollar bulağı”nın yeni prezident tərəfindən qapadılacağı, NATO-nun ABŞ-ın himayəsindən çıxacağı avropalıları qorxuya salıb”

Xüsusilə neçə on illiklərdir ki, ABŞ-dan Avropaya axan “dollar bulağı”nın yeni prezident tərəfindən qapadılacağı, NATO-nun ABŞ-ın himayəsindən çıxacağı kimi məsələlər avropalıları qorxuya salıb. Onları həm də D.Tramp-V.Putin ittifaqının Avropa üçün yaradacağı problemlərdən narahatdırlar. Üstəlik ABŞ prezidentinin “qoca qitə”nin iştirakı olmadan Ukrayna böhranını Səudiyyə Ərəbistanında Moskva ilə müzakirəyə çıxarması da artıq yeni Ağ Ev sahibinin Avropa Birliyinin mövqeyinə heç bir əhəmiyyət vermədiyini ortaya qoyur.

Hazırda Ağ Evin məhz Moskva ilə müəyyən danışıqlara girməsi bundan sonrakı hadisələr üçün fərqli proqnizlar da ortaya qoyur. Bu vaxta qədər Ukraynanı müdafiə edənlərin indi də qarşı tərəflə danışıqlar aparmaq maraqları avropalıları daha çox təlaşlandırıb. Hər zaman ABŞ-ın dəstəyinə arxalanan Avropa Birliyi ölkələri, bu son proseslərdən sonra özlərini meydanda “tək qalmış” sayırlar. Belə hesab olunur ki, avropalılar təkcə dəstəkdən məhrum olmayıblar, həmçinin, Rusiyanın savaş açmaq planının da ortaya çıxma ehtimalı ilə üz-üzə qalıblar. İndi “qoca qitə” öz taleyi, özünün bundan sonrakı vəziyyəti ilə bağlı daha çox narahatdır. Hətta mümkün olacaq savaşa, müharibəyə hazırlıq görülməsinin labüdlüyü barədə də düşünülür. D.Trampın dünya siyasətində anidən kəskin dəyişiklik startı belə görünür ki, qarşıdakı müddətdə daha ajiotaj situasiyanın ortaya çıxmasına və gözlənilməz addımların yaranmasına səbəb olacaq.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri