Tramp Zelenski “şou”sunun mesajı: Kim qazandı, kim itirdi | Icma.az
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey-Di Venslə baş tutan görüşünün gərgin keçəcəyi əvvəlcədən gözlənilsə də, sonluğun belə bitəcəyini heç kim gözləmirdi.
Görüşün gərgin keçəcəyini şərtləndirən amil isə son bir həftədə Fransa prezidenti Emmanuel Makronun, onun ardınca ABŞ-nin ən yaxın müttəfiqi olan Böyük Britaniya baş naziri Kir Stramerin Vaşinqtona səfəri zamanı Ukrayna məsələsində ABŞ prezdenti Donald Trampın mövqeyində dəyişikliyə nail ola bilməmələri idi.
Çünki Trampla Makron arasında olan görüş də diplomatik etik qaydalardan kənar baş tutmuşdu.
Ona görə də prezident Zelenskinin Trampla görüşünün gərgin keçəcəyi ehtimal olunurdu.
Bununla belə, görüşün yekununda az da olsa, Trampın mövqeyində dəyişikliyin olacağına ümidlər də var idi.
Amma heç bir gözlənti özünü doğrultmadı. Tramp Zelenski arasında Ağ Evdə baş tutan görüşdə bir çox açıq suallar qalmaqdadır.
Birincisi, onu qeyd etmək lazımdır ki, görüşün protokol qaydalarından kənar açıq və medianın gözü qarşısında keçirilməsidir.
Tam oxu
Xəbəri oxu