Icma.az
close
up
RU
Tramp Zelenski “şou”sunun mesajı: Kim qazandı, kim itirdi

Tramp Zelenski “şou”sunun mesajı: Kim qazandı, kim itirdi

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey-Di Venslə baş tutan görüşünün gərgin  keçəcəyi əvvəlcədən  gözlənilsə də, sonluğun belə bitəcəyini heç kim gözləmirdi. Görüşün gərgin keçəcəyini şərtləndirən amil isə son bir həftədə Fransa prezidenti Emmanuel Makronun, onun ardınca ABŞ-nin ən yaxın müttəfiqi olan Böyük Britaniya baş naziri Kir Stramerin Vaşinqtona səfəri zamanı Ukrayna məsələsində ABŞ prezdenti Donald Trampın mövqeyində  dəyişikliyə nail ola bilməmələri idi. Çünki Trampla Makron arasında olan görüş də diplomatik etik qaydalardan kənar baş tutmuşdu. Ona görə də prezident Zelenskinin Trampla görüşünün gərgin keçəcəyi ehtimal olunurdu. Bununla belə, görüşün yekununda az da olsa, Trampın mövqeyində dəyişikliyin olacağına ümidlər də var idi. Amma heç bir gözlənti özünü doğrultmadı.

Tramp Zelenski arasında  Ağ Evdə baş tutan görüşdə bir çox açıq suallar qalmaqdadır.
Birincisi, onu qeyd etmək lazımdır ki,  görüşün protokol qaydalarından kənar açıq və medianın gözü qarşısında keçirilməsidir. Belə bir formatda görüşün keçirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasında mesajda məqsəd nə idi? Bu “şou” nəyə xidmət edirdi?  
Burada bir neçə məqamı ehtimal etmək olar.

- Zelenskiyə simpatiyası olmayan  Tramp administrasiyasının Zelenskini aşağılamaqla onun nüfuzuna zərbə vurmaq və sıradan çıxarmaq;

- Hər iki tərəfin razılığı ilə hazırlanan oyun. Bununla həm Tramp, həm də Zelenski öz   cəsarətli mövqelərini  nümayiş etdirmək  mesajını vermək istəyib.

Zelenski Tramp qarşısında belə, sərt mövqeyini sərgiləməklə hər hansı güzəştə getməməyin tərəfdarı olsa da, ABŞ kimi ölkənin belə zorla Kiyevi güzəştə getməyə vadar etməklə məsələnin həllinin qeyri-mümkün olmadığını Ukrayna cəmiyyətinə nümayiş etdirmək idi.

Tramp isə Putinə verdiyi vədə uyğun olaraq, bax, görürsən, mən təzyiq edirəm, amma mümkün deyil. Nəinki Qərb ölkələri, hətta Ukrayna prezidenti belə mənə qarşı sərt mövqe sərgiləyərək güzəştə getməməyi və danışıqlardan imtina etməyi tələb edir. Bu yolla Tramp həm də   Moskvanı Ukrayna məsələsində güzəştə vadar etmək istəyir. Çünki Tramp bu günlərdə kabinetinin ilk iclasında da bəyan edib ki, Rusiya güzəştə getmədən Ukrayna məsələsində irəliləyiş əldə etmək qeyri-mümkündür.

- Bu planlaşdırılmayan və görüşdə tərəflər təbii şəkildə yaranan gərginlik olub.  Praktikada belə hallar çox olur. Lakin bu məsələlər medianın  və ictimaiyyətin gözü qarşısında edilmir. Bütün bu cür ciddi məsələlər bağlı qapılar arxasında müzakirə edilir. Həmin müzakirələrdə daha gərgin anlar yaşanır və həmin müzakirələr geniş ictimaiyyətə çatdırılmır. Odur ki, Tramp-Zelenski görüşündə baş verən  müzakirələr bu suallara cavabı açıq qoyur və onları isə  zamanla proseslərin gedişatı cavablandıracaq.

Buna baxmayaraq Ağ Evdə keçirilən görüş hər iki tərəfin imicinə həm ciddi zərbə vurdu, həm də onlar barəsində bir “qəhrəman” obrazı formalaşdırdı. Amma bir çox hallarda tarix belə  “qəhrəmanları” acımasız şəkildə cəzalandırır.  Siyasətdə, xüsusən də dövlətlərarası münasibətlərdə liderlərin bir-birinə olan şəxsi münasibəti deyil,  dövlət marağı əsas götürülür. Dövlət marağı şəxsi münasibətlərə qurban verildikdə isə itirən tərəf dövlət olur.  

Təsadüfən deməyiblər: “Körpünü keçənədək ayıya dayı de”. Əgər siyasi lider üzərinə düşən missiyanın məsuliyyətini dərk edib ona uyğun davranmayacaqsa, onun bədələni təkcə özü, xalqı deyil, həm də təmsil etdiyi dövlət çəkməli olacaq.

O baxımdan da demək olar ki, Ağ Evdə keçirlən Zelenski-Tramp görüşündən qazanan tərəf nə ABŞ, nə  kollektiv Qərb, nə də Ukrayna oldu, ilkin mərhələ üçün qazanan Rusiya oldu. Rusiya bu psixoloji üstünlükdən  qısamüddətli olsa da, həm beynəlxalq aləmdə, həm də daxili auditoriyada maksimum faydalanmağa çalışacaq.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri