Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib.
Zelenskinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı suala ABŞ Prezidenti müsbət cavab verib.
“Bəli, bunda heç bir problem yoxdur”, – o deyib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib.
“Mən hesab edirəm ki, Ukrayna ilə Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, – ABŞ lideri vurğulayıb.