Tramp Zelenskini G20 sammitinə dəvət edəcəyini bildirib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Tramp bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə bildirib.
Zelenskinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı suala ABŞ Prezidenti müsbət cavab verib.
“Bəli, bunda heç bir problem yoxdur”, – o deyib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın gələcəkdə başa çatacağına inandığını bildirib.
“Mən hesab edirəm ki, Ukrayna ilə Rusiya arasındakı müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, – ABŞ lideri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Tramp Tokayevi G20 sammitinə dəvət etdi
19 Mart 2026 11:31
Tramp Mirziyoyevi Mayamidəki G20 sammitinə dəvət ETDİ
26 Mart 2026 15:32
Tramp Zelenskini andiçməsinə dəvət etmədi
16 Dekabr 2024 21:51
Şolz bildirib ki, Zelenski G20 sammitinə dəvət olunmayıb
18 Noyabr 2024 08:24
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
08 Oktyabr 2026 20:09
Baxış sayı:85
Bu xəbər 01 Noyabr 2026 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















