TRAMP ZELENSKİNİN DEVRİLMƏ SİQNALNI VERDİ: Seçkiyə get, xalq bezib artıq... Eşidirəm, deyi…
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına niyə dəvət edilməməsi ilə bağlı sualı gözlənilməz cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hələ 2020-ci ildə ABŞ-da keçirilənprezident seçkilərində Baydenə "stavka" qoyduğu üçün Trampın "gözündən düşən" Zelenski hazırda ikinci prezidentlik dönəmi yaşayan Tramp üçün "arzuolunmaz şəxs" statusundadır.
Məhz bu nöqteyi-nəzərdən Trampın Zelenskinin gələcəyi və Ukraynada ləngiyən prezident seçkiləri ilə bağlı mövqeyi böyük maraq doğururb.
Bəziləri Trampın şəxsi maraqları kənara buraxaraq, keçmişə dönməyəcəyini desə də, o, əksinə Zelenskini açıq şəkildə prezident postunda görmək istəmədiyinin mesajını verib.
Tramp Zelenski və ya onun nümayəndəsinin Ər-Riyada niyə dəvət olunmaması barədə suala Ağ Evdə keçirdiyi mətbuat konfransında gözlənilməz cavab verib: "Bu gün eşitdim ki, "biz dəvət olunmuruq" deyirlər.
Siz 3 ildir oradasınız, bunu 3 il əvvəl bitirməli idiniz. Ümumiyyətlə, savaşa heç vaxt başlamalı idiniz.
Daha əvvəl Rusiya ilə razılaşmaq olardı. Bəli, biz Səudiyyə Ərəbistanında danışıqlara yaxşı başladıq, proses də normal davam edəcək.
Tam oxu
Xəbəri oxu