Icma.az
close
up
RU
TRAMP ZELENSKİNİN DEVRİLMƏ SİQNALNI VERDİ: Seçkiyə get, xalq bezib artıq... Eşidirəm, deyirlər ki, bizi niyə dəvət edən olmadı, əslində...

TRAMP ZELENSKİNİN DEVRİLMƏ SİQNALNI VERDİ: Seçkiyə get, xalq bezib artıq... Eşidirəm, deyirlər ki, bizi niyə dəvət edən olmadı, əslində...

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına niyə dəvət edilməməsi ilə bağlı sualı gözlənilməz cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hələ 2020-ci ildə ABŞ-da keçirilənprezident seçkilərində Baydenə "stavka" qoyduğu üçün Trampın "gözündən düşən" Zelenski hazırda ikinci prezidentlik dönəmi yaşayan Tramp üçün "arzuolunmaz şəxs" statusundadır.

Məhz bu nöqteyi-nəzərdən Trampın Zelenskinin gələcəyi və Ukraynada ləngiyən prezident seçkiləri ilə bağlı mövqeyi böyük maraq doğururb.

Bəziləri Trampın şəxsi maraqları kənara buraxaraq, keçmişə dönməyəcəyini desə də, o, əksinə Zelenskini açıq şəkildə prezident postunda görmək istəmədiyinin mesajını verib.

Tramp Zelenski və ya onun nümayəndəsinin Ər-Riyada niyə dəvət olunmaması barədə suala Ağ Evdə keçirdiyi mətbuat konfransında gözlənilməz cavab verib: "Bu gün eşitdim ki, "biz dəvət olunmuruq" deyirlər. Siz 3 ildir oradasınız, bunu 3 il əvvəl bitirməli idiniz. Ümumiyyətlə, savaşa heç vaxt başlamalı idiniz. Daha əvvəl Rusiya ilə razılaşmaq olardı. Bəli, biz Səudiyyə Ərəbistanında danışıqlara yaxşı başladıq, proses də normal davam edəcək. düzdür, bu savaşın başlamasında Co Bayden administrasiyasının da günühı böyükdür. Əgər onun yerində mən olsaydım, bu savaş olmayacaqdı. üstəlik, Ukrayna torpağının demək olar hamısı yerində qalacaqdı. Prezident Bayden isə bu məsələdə nə qədər səhv olduğunu bilmir. İndi Avropa liderləri Ukraynaya əsgər göndərməkdən danışır. biz ora çox uzaqdayıq. Bəli, elə bir sülhməramlı hərbçilərə ehtiyac olsa, buna etirazım yoxdur. Fransa buna çox çalışır. Bu, gözəl jestdir, əlbəttə. Ancaq məncə, Ukraynaya hərbçi göndərməyə ehtiyac qalmayacaq.

Qaldı Ukrayanın danışıqlara dəvətinə, hələ orada kimin səlahiyyət sahibi olduğu bəlli olmalıdır. Ukrayna dağılıb, bəzi şəhərləri Qəzzanı xatırladır, ölkədə seçki keçirilməyib. Ukraynada faktiki müharibə rejimi var və liderinin  xalq arasındakı nüfuzu 4 faizdən çox belə deyil, yerlə birdir. Bəli, ölkədə uzun müddətdir seçkilər keçirilmir, xalq da Zelenskidən çox da razı deyil. Bu, Rusiya ilə bağlı deyil. Bu tələb məndən və bir çox başqa ölkələrdən gəlir. İnsanlar bundan beziblər. İnsanlar nəyinsə baş verdiyini görmək istəyir".

Bayden Ukraynaya indiyədək ABŞ-ın 350 milyard dollardan çox yardım etdiyini deyib: "Onlar bu yardımın hara sərf edildiyinin bizə ya hesabatını verməli, ya da həmin pulu geri qaytarmalıdır..."

Yeri gəlmişkən, Rusiya lideri Putin də dəfələrlə Zelenskinin prezidentlik müddətinin başa çatdığını vurğulayaraq, onun səlahiyyətsiz olduğunu bildirib.

Lamiyə Əhmədli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri