Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya edilən maliyyə yardımı ilə bağlı açıqlama verib.
O, Avropanın Kiyevə kredit şəklində vəsait ayırdığını, lakin ABŞ-nin pulu "heç nəyə" verdiyini bildirib.
"Avropa Ukraynaya pulu kredit şəklində verdi və öz pullarını geri aldı. Biz isə pulu elə-belə verdik.
Buna görə də istəyirəm ki, biz də nəsə əldə edək. Biz yatırdığımız pulların əvəzini almalıyıq",- deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ bu itkiləri kompensasiya etmək üçün müəyyən tələb irəli sürəcək: "Biz nadir metallar, neft və nə əldə edə biliriksə, onu tələb edəcəyik.
Biz pullarımızı geri alacağıq, çünki bu, ədalətsizdir. Bu, sadəcə olaraq haqsızlıqdır." Düşünmək olar ki, bu, əslində ABŞ-nin Ukraynaya təzy
Məlum olduğu kimi, ABŞ Ukraynanın təbii sərvətlərinin hasilatı ilə bağlı Kiyevlə saziş imzalamaq niyyətindədir.