Icma.az
close
up
RU
Tramp Zelenskinin yaxasından yapışıb : Ya pul ver, ya da...

Tramp Zelenskinin yaxasından yapışıb : Ya pul ver, ya da...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukraynaya edilən maliyyə yardımı ilə bağlı açıqlama verib. O, Avropanın Kiyevə kredit şəklində vəsait ayırdığını, lakin ABŞ-nin  pulu "heç nəyə" verdiyini bildirib. 

"Avropa Ukraynaya pulu kredit şəklində verdi və öz pullarını geri aldı. Biz isə pulu elə-belə verdik. Buna görə də istəyirəm ki, biz də nəsə əldə edək. Biz yatırdığımız pulların əvəzini almalıyıq",- deyə Tramp qeyd edib.

O,  həmçinin bildirib ki, ABŞ bu itkiləri kompensasiya etmək üçün müəyyən tələb irəli sürəcək:

"Biz nadir metallar, neft və nə əldə edə biliriksə, onu tələb edəcəyik. Biz pullarımızı geri alacağıq, çünki bu, ədalətsizdir. Bu, sadəcə olaraq haqsızlıqdır."

Düşünmək olar ki, bu, əslində ABŞ-nin Ukraynaya təzyiq vasitəsidir. 

Məlum olduğu kimi, ABŞ Ukraynanın təbii sərvətlərinin hasilatı ilə bağlı Kiyevlə saziş imzalamaq niyyətindədir. Bu, faktiki olaraq Ukraynanın təbii sərvətlərinin Vaşinqtonun əlinə keçməsi deməkdir. Ukrayna hələ ki, ABŞ-ın bu təklif və təzyiqlərinə müqavimət göstərməyə çalışır. Amma manevr imkanları o qədər də çox deyil.

ABŞ-ın Ukraynaya edilən maliyyə yardımını gündəmə gətirməsi təsadüfi deyil. Vaşinqton iddia edir ki, Kiyev ona göstərilən yardımdan səmərəli istifadə edə bilməyib. Beləliklə, ABŞ indi ödədiyi pulu geri istəyir.

Əslində Trampın bu tələbi o qədər də ədalətli deyil. Çünki Ukraynaya maliyyəni ABŞ-nin əvvəlki hakimiyyəti ayırıb. 
Buna baxmayaraq, ABŞ Ukraynaya təzyiqləri davam etdirəcək və ölkənin təbii sərvətlərinə iddianın əsaslı olduğunu göstərməyə çalışacaq. Hətta bir müddət sonra ABŞ Ukrayna torpaqlarına da iddia edə bilər və ərazi təzminatı məsələsimi gündəmə gətirə bilər. Çünki bilir ki, indi Ukraynanın ABŞ maliyyə vəsaiti ödəmək imkanı yoxdur. 

Tramp Ukraynaya maksimum təzyiq göstərməklə maksikum qazanc əldə etməyə çalışacaq.

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri