Icma.az, Moderator.az portalına istinadən məlumat verir. Ukrayna prezidenti dünya liderləri ilə danışıqlardan bəhs edib...
"Ən əsası bu müharibəyə son qoymaq üçün birgə çalışmaqdır". Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir
“Bu, bizim əsas prioritetimizdir. Parisdəki görüş zamanı diqqətimizi məhz buna yönəltdik və çox məhsuldar söhbət oldu.
Bunu təşkil etdiyinə görə prezident Makrona bir daha təşəkkürümü bildirirəm, həmçinin bu müharibəni ədalətli şəkildə bitirməkdə qətiyyətli olduğuna görə prezident Trampa dərin minnətdarlığımı bildirirəm.
Bu, düzgün yanaşmadır və həqiqətən davamlı sülhü təmin etmək üçün bütün detalların diqqətlə işlənilməsi vacibdir”, - deyə bəyanatda bildirilir.
“Biz bilirik ki, Amerika başqalarının əldə edə bilmədiyi fövqəladə nəticələrə nail olmağa qadirdir.
Bu müharibəni sona çatdırmaq üçün bizə birlik lazımdır - Amerikanın, Avropanın və dünyada təhlükəsizliyi qiymətləndirən hər kəsin birliyi, eləcə də möhkəm mövqe və sülh zəmanəti.
Mən prezident Trampa dedim ki, Putin yalnız ondan və bəlkə bir də Çindən qorxur. Və bu, gerçəkdir...- deyə Ukrayna lideri diqqətə çatdırıb.