Icma.az
close
up
RU
Trampa dedim ki, Putin yalnız ondan və bəlkə bir də Çindən qorxur...

Trampa dedim ki, Putin yalnız ondan və bəlkə bir də Çindən qorxur...

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ukrayna prezidenti dünya liderləri ilə danışıqlardan bəhs edib...

"Ən əsası bu müharibəyə son qoymaq üçün birgə çalışmaqdır".

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "X" platformasında paylaşdığı açıqlamada söyləyib.

“Bu, bizim əsas prioritetimizdir. Parisdəki görüş zamanı diqqətimizi məhz buna yönəltdik və çox məhsuldar söhbət oldu.

 Bunu təşkil etdiyinə görə prezident Makrona bir daha təşəkkürümü bildirirəm, həmçinin bu müharibəni ədalətli şəkildə bitirməkdə qətiyyətli olduğuna görə prezident Trampa dərin minnətdarlığımı bildirirəm. Bu, düzgün yanaşmadır və həqiqətən davamlı sülhü təmin etmək üçün bütün detalların diqqətlə işlənilməsi vacibdir”, - deyə bəyanatda bildirilir.

“Biz bilirik ki, Amerika başqalarının əldə edə bilmədiyi fövqəladə nəticələrə nail olmağa qadirdir. Bu müharibəni sona çatdırmaq üçün bizə birlik lazımdır - Amerikanın, Avropanın və dünyada təhlükəsizliyi qiymətləndirən hər kəsin birliyi, eləcə də möhkəm mövqe və sülh zəmanəti. Mən prezident Trampa dedim ki, Putin yalnız ondan və bəlkə bir də Çindən qorxur. Və bu, gerçəkdir...- deyə Ukrayna lideri diqqətə çatdırıb.

Mətbuatda ukraynalıların cəbhəyə göndərilməsi üçün hərbi xidmətə çağırış yaşının aşağı salınması ilə bağlı çox danışılır.

“Biz mövcud briqadaların texnika ilə təmin olunmasına və bu avadanlıqdan istifadə etmək üçün kadrların hazırlanmasına diqqət yetirməliyik. Biz texnika çatışmazlığını gənc əsgərlərlə təlim-məşq toplantıları ilə kompensasiya etməməliyik. Prioritet Ukraynada hərbi xidmətə çağırış yaşını aşağı salmaqdansa, raket təchizatı və Rusiyanın hərbi imkanlarının azaldılması olmalıdır. Məqsəd silahları anbarlarda saxlamaq deyil, mümkün qədər çox insanın həyatını xilas etmək olmalıdır”, - deyə Ukrayna dövlətinin başçısı vurğulayıb.

Bundan əvvəl Zelenski bildirmişdi ki, Ukrayna Fransa prezidenti Emmanuel Makronun NATO-ya daxil olmamışdan əvvəl Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi təklifini nəzərdən keçirməyə hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri