Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Dünən axşam Vaşinqtonda keçirilən 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələs
FİFA rəhbəri Canni İnfantino dövlət başçısına qurumun yeni təsis etdiyi FİFA Sülh Mükafatını təqdim edib.
Modern.az-ın məlumatına görə, Trampa verilən tunc fiqur Azərbaycan xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələrimiz və istəklərimiz” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir.
O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.
Əli İbadullayev də Rəssamlar ittifaqının üzvüdür. Hündürlüyü dörd metr olan orijinal kompozisiya hazırda Cenevrədə, BMT-nin Dərnəklər Sarayı
Azərbaycan bu monumental əsəri 2017-ci ildə ölkəmizin BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə təşkilata hədiyyə etmişdi.
İFA bu mükafatı ilk dəfə təsis edib və İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib.