Icma.az
close
up
RU
Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş FOTO

Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dünən axşam Vaşinqtonda keçirilən 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimində ABŞ prezidenti Donald Tramp xüsusi təltif alıb.

FİFA rəhbəri Canni İnfantino dövlət başçısına qurumun yeni təsis etdiyi FİFA Sülh Mükafatını təqdim edib.

Modern.az-ın məlumatına görə, Trampa verilən tunc fiqur Azərbaycan xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələrimiz və istəklərimiz” adlı məşhur əsərinin miniatür variantıdır.

Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir.  O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır. Əli İbadullayev də Rəssamlar ittifaqının üzvüdür.

Hündürlüyü dörd metr olan orijinal kompozisiya hazırda Cenevrədə, BMT-nin Dərnəklər Sarayının qarşısındakı parkda yerləşir. Azərbaycan bu monumental əsəri 2017-ci ildə ölkəmizin BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə təşkilata hədiyyə etmişdi.

İFA bu mükafatı ilk dəfə təsis edib və İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə” hətta Nobel Sülh Mükafatına layiq görülməli idi. “Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, – deyə İnfantino bildirib.

Donald Tramp isə çıxışında diplomatiki təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib. “Bu, mənim həyatımın ən böyük şərəflərindən biridir”, - ABŞ prezidenti vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri