Trampdan daha bir qalmaqallı açıqlama: Qəzzanı satın almağa qərarlıyam FOTOLAR | Icma.az
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp, ABŞ – nin Qəzzaya sahib çıxacağını və Qəzzanı Yaxın Şərqdəki digər zəngin ölkələr vasitəsilə inşa edəcəyini bildirib: “Mən Qəzzanı almaq və ona sahib olmaqda qərarlıyam”.
Gununsesi.info haber7com saytına istinadən xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.
Tramp qəzzalıların geri dönməsinə icazə vermənin böyük səhv olacağını ifadə edərək bildirib: “Bunu böyük bir daşınmaz əmlak saytı kimi düşünün, Birləşmiş Ştatlar ona yavaş-yavaş sahib olacaq”.
Tramp Qəzzanın tam dağıntı yeri olduğunu təkrarlayaraq: “Ora geri alınacaq. Düzəldiləcək və təmir olunacaq. Orada HƏMAS olmayacaq.
Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. Fələstinlilər üçün, yaşamaq üçün çox gözəl yerlər inşa edəcəyik.
Yəqin ki, yüz il sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar” deyib.
Tramp daha sonra Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam deyə bildirib: “Qəzza çox güvənsiz yerdir, biz onu gələcəkdə inkişaf etdirəcək çox yaxşı bir yerə çevirəcəyik.
Tam oxu
Xəbəri oxu