Icma.az
close
up
RU
Trampdan daha bir qalmaqallı açıqlama: Qəzzanı satın almağa qərarlıyam FOTOLAR

Trampdan daha bir qalmaqallı açıqlama: Qəzzanı satın almağa qərarlıyam FOTOLAR

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp, ABŞ – nin Qəzzaya sahib çıxacağını və Qəzzanı Yaxın Şərqdəki digər zəngin ölkələr vasitəsilə inşa edəcəyini bildirib: “Mən Qəzzanı almaq və ona sahib olmaqda qərarlıyam”.

Gununsesi.info haber7com saytına istinadən xəbər verir ki, bu barədə Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.

Tramp qəzzalıların geri dönməsinə icazə vermənin böyük səhv olacağını ifadə edərək bildirib:

“Bunu böyük bir daşınmaz əmlak saytı kimi düşünün, Birləşmiş Ştatlar ona yavaş-yavaş sahib olacaq”.

Tramp Qəzzanın tam dağıntı yeri olduğunu təkrarlayaraq:

“Ora geri alınacaq. Düzəldiləcək və təmir olunacaq. Orada HƏMAS olmayacaq. Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. Fələstinlilər üçün, yaşamaq üçün çox gözəl yerlər inşa edəcəyik. Yəqin ki, yüz il sonra ilk dəfə harmoniya və sülh içində yaşayacaqlar” deyib.

Tramp daha sonra Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam deyə bildirib:

“Qəzza çox güvənsiz yerdir, biz onu gələcəkdə inkişaf etdirəcək çox yaxşı bir yerə çevirəcəyik. Biz imkan verəcəyik ki, digər ölkələr də onu inkişaf etdirsinlər. Gözəl olacaq. Dünyanın hər yerindən insanlar gəlib orada yaşaya bilərlər”.

Məcburi köçkün olan fələstinliləri ABŞ-yə qəbul edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Mən buna baxmalıyam, məncə, onların bura gəlməsi üçün çox uzaq bir məsafədir. ABŞ onsuz da çox insanı qəbul edir.

Qəzzalıların təhlükəsiz ola biləcəkləri ümumi bir ərazidə qalmalarının daha yaxşı olacağını qeyd edən Tramp:

“Görəcəyik. Ümid edirik ki, Misir, İordaniya və digər dövlətlər kömək edəcəklər. Səudiyyə Ərəbistanının da buraya pul xərcləyə biləcəyini ümid edirik. Onların çox böyük pulları var.

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri