Trampdan İspaniya sərhədini kütləvi şəkildə keçən miqrantlara REAKSİYA

31.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərində yaşanan miqrant böhranı ilə bağlı sərt açıqlama verib.

Redaktor.az xəbər verir ki, Trampın fikirlərini "Fox News" jurnalisti Ceki Heynrix "X" sosial şəbəkəsində paylaşıb.

ABŞ Prezidenti Seutada baş verənləri "dəhşətli" adlandıraraq, bu görüntülərin yadda saxlanılmalı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-də hakimiyyətə demokratların gələcəyi təqdirdə ölkəni də oxşar vəziyyət gözləyə bilər.

Qeyd edək ki, iyulun 30-da on minlərlə miqrant Seuta istiqamətində İspaniya sərhədini quru və dəniz yolu ilə keçməyə cəhd edib. Hadisə zamanı ən azı 18 nəfər həyatını itirib.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Mərakeşdən Seutaya təxminən 49 min miqrant daxil olub.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью