Trampdan İspaniya sərhədini kütləvi şəkildə keçən miqrantlara REAKSİYA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərində yaşanan miqrant böhranı ilə bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, Trampın fikirlərini "Fox News" jurnalisti Ceki Heynrix "X" sosial şəbəkəsində paylaşıb.
ABŞ Prezidenti Seutada baş verənləri "dəhşətli" adlandıraraq, bu görüntülərin yadda saxlanılmalı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-də hakimiyyətə demokratların gələcəyi təqdirdə ölkəni də oxşar vəziyyət gözləyə bilər.
Qeyd edək ki, iyulun 30-da on minlərlə miqrant Seuta istiqamətində İspaniya sərhədini quru və dəniz yolu ilə keçməyə cəhd edib. Hadisə zamanı ən azı 18 nəfər həyatını itirib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Mərakeşdən Seutaya təxminən 49 min miqrant daxil olub.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 31 İyul 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















