Trampdan Ukraynaya zərbə : Kiyevi nə gözləyir? | Icma.az
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırmaq qərarı verib.
Trampın bu qərarı Ukrayna prezidenti Zelenski ilə Ağ Evdə gərgin keçən görüşdən sonra verilib.
Görüş zamanı Tramp Kiyevin ABŞ-nin dəstəyinə kifayət qədər minnətdarlıq göstərmədiyini bildirib.
Bu addım Kiyevdə narahatlıq doğurub və bəzi Ukraynalı siyasətçilər bunu Rusiyanın istəklərinə uyğun olaraq Ukraynanı təslim olmağa məcbur etmək cəhdi kimi qiymətləndirirlər.
ABŞ hökuməti hələlik bu yardımın nə qədər müddətə dayandırılacağını açıqlamayıb və qərarın tam detalları bəlli deyil.
Trampın qərarının həm Ukrayna, həm də beynəlxalq siyasət üçün genişmiqyaslı nəticələrə səbəb olacağı gözlənilir.
ABŞ administrasiyasının bu addımı uzunmüddətli perspektivdə Vaşinqtonun xarici siyasət strategiyasına təsir edə bilər.
Tam oxu
Xəbəri oxu