Icma.az
close
up
RU
Trampdan Ukraynaya zərbə : Kiyevi nə gözləyir?

Trampdan Ukraynaya zərbə : Kiyevi nə gözləyir?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımları dayandırmaq qərarı verib. Trampın bu qərarı Ukrayna prezidenti Zelenski ilə Ağ Evdə gərgin keçən görüşdən sonra verilib. Görüş zamanı Tramp Kiyevin ABŞ-nin dəstəyinə kifayət qədər minnətdarlıq göstərmədiyini bildirib. Bu addım Kiyevdə narahatlıq doğurub və bəzi Ukraynalı siyasətçilər bunu Rusiyanın istəklərinə uyğun olaraq Ukraynanı təslim olmağa məcbur etmək cəhdi kimi qiymətləndirirlər. ABŞ hökuməti hələlik bu yardımın nə qədər müddətə dayandırılacağını açıqlamayıb və qərarın tam detalları bəlli deyil.

Trampın qərarının həm Ukrayna, həm də beynəlxalq siyasət üçün genişmiqyaslı nəticələrə səbəb olacağı gözlənilir. ABŞ administrasiyasının bu addımı uzunmüddətli perspektivdə Vaşinqtonun xarici siyasət strategiyasına təsir edə bilər. Hazırda əsas sual isə bu yardımların nə qədər müddətə dayandırılacağı və ABŞ-nin gələcəkdə Ukraynaya dəstəyi tamamilə kəsib-kəsməyəcəyidir.

Trampın Ukrayna ilə bağlı qərarına reaksiyalar

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımları dayandırmaq qərarı dünya gündəmində böyük rezonans doğurub. Xarici mətbuatda yer alan təhlillərdə bu addımın Ukrayna üçün "iflicedici" təsirə malik olacağı iddia edilir.

ABŞ Dövlət Departamentinin məlumatına görə Vaşinqton 2022-ci ilin fevralından Ukraynaya təxminən 65,9 milyard dollar dəyərində hərbi yardım göstərib. Bu dəstək Ukraynanın cəbhədəki gücünü artırsa da, Avropa İttifaqının ABŞ-nin yardımlarını tam şəkildə əvəzləyə bilməyəcəyi bildirilir. Ekspertlər ABŞ-nin yardımlarının kəsilməsi halında Ukraynanın yalnız bir neçə ay dözə biləcəyini qeyd edirlər.

ABŞ-nin vitse-prezidenti JD Vance "Fox News" kanalına verdiyi açıqlamada Ukraynanın təhlükəsizliyinin ABŞ-nin iqtisadi maraqlarına uyğun gəlməli olduğunu vurğulayıb. O, Ukraynanın təhlükəsizliyinin zəmanət altına alınması üçün ölkənin ABŞ-nin iqtisadi maraqlarına xidmət etməli olduğunu bildirib və "sonsuz maliyyələşdirmənin mümkün olmadığını" qeyd edib.

CNN-in məlumatına görə Trampın bu qərarı döyüş meydanında ciddi nəticələrə səbəb ola bilər və Rusiya Prezidenti Vladimir Putinin mövqeyini gücləndirə bilər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Mark Kançian bu addımın "iflicedici dərəcədə böyük təsirə malik olacağını" bildirib.

"New York Times"a görə qərar Ağ Evdə Tramp və onun yüksək səviyyəli milli təhlükəsizlik müşavirləri arasında keçirilən bir sıra görüşlərdən sonra qəbul edilib. Qərarın ABŞ-ni NATO müttəfiqləri ilə qarşı-qarşıya gətirəcəyinə dair narahatlıqların artdığı bildirilir.

"Axios"un məlumatına görə ABŞ-nin yardımları dayandırması Ukraynanın təkcə hərbi sahədə deyil, həm də digər strateji sahələrdə güvəndiyi dəstəyi itirməsi deməkdir. Ukrayna ordusu ABŞ kəşfiyyatına və Elon Maskın SpaceX şirkətinin Starlink peyk internet sisteminə güvənir.

ABŞ daxilində də bu qərara müxtəlif yanaşmalar var. Trampın tərəfdarları bunun ABŞ vergi ödəyicilərinin maraqlarına uyğun olduğunu və Vaşinqtonun xarici münaqişələrə qeyri-məhdud şəkildə resurs ayırmamalı olduğunu bildirirlər. Digər tərəfdən, Konqresdə və Pentaqonda Trampın qərarını tənqid edənlər var. Onlar hesab edirlər ki, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, bu, yalnız Rusiyanın deyil, həm də Çinin və digər ABŞ rəqiblərinin beynəlxalq arenada güclənməsinə şərait yarada bilər.

Qeyd edək ki, bəzi mənbələrin məlumatına görə Trampın imzaladığı sərəncam əsasən BMT və digər inkişaf proqramlarına aid olduğuna görə Ukrayna əsas hərbi yardımdan təsirlənməyəcək. Belə ki, Ukrayna hələ də ABŞ-dən birbaşa silah və hərbi maliyyə dəstəyi almağa davam edə bilər, çünki Trampın qərarı yalnız müəyyən yardım proqramlarını əhatə edir. Lakin, bu yardımın gələcəkdə tamamilə dayandırılıb-dayandırılmayacağı hələlik qeyri-müəyyəndir.

Bəxtiyar Umarlı
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see351

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see288

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see252

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see237

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see220

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see216

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see212

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see206

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see202

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see202

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see201

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see200

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see184

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see183

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see175

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see173

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see169

35 yaşından əvvəl siqareti tərgit!

28 İyul 2026 19:50see165

Çilidə hantavirus səbəbindən həyəcan rejimi elan edildi

29 İyul 2026 02:28see163

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri