Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur.
Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.
Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi.
Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
“Cənab Prezidentin ötən ay Davosda baş tutan Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN kanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampla bağlı söylədikləri və Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair gözləntiləri xüsusilə diqqət çəkicidir”.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyev qeyd etdi ki, Avropada bir çoxları Trampın yenidən prezident postuna əyləşməsini narahatlıqla qarşılayıblar, çünki onlar Trampa qarşı olan qüvvələri dəstəkləyirdilər.