Icma.az
close
up
RU
Trampın 2 ci prezidentlik dövründə Azərbaycan Şərq və Qərb arasında bağlayıcı dövlət kimi rol ala bilər

Trampın 2 ci prezidentlik dövründə Azərbaycan Şərq və Qərb arasında bağlayıcı dövlət kimi rol ala bilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

“Cənab Prezidentin ötən ay Davosda baş tutan Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN kanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampla bağlı söylədikləri və Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair gözləntiləri xüsusilə diqqət çəkicidir”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyev qeyd etdi ki, Avropada bir çoxları Trampın yenidən prezident postuna əyləşməsini narahatlıqla qarşılayıblar, çünki onlar Trampa qarşı olan qüvvələri dəstəkləyirdilər.

Şəhla Cəlilzadə

“Təsadüfi deyil ki, Tramp hakimiyyətə gəldikdən dərhal sonra Aİ çərçivəsində narahatlıqlar ciddi müzakirə obyektinə çevrildi. Hətta ABŞ-ın Qrelandiyaya qoşun yeritməsi halında NATO-nun Avropalı üzvlərinin ABŞ-a qarşı birgə mövqe sərgiləyə bilmə imkanları, ABŞ-a qarşı ordu yeritmək potensialları belə müzakirə olundu. Həmçinin ABŞ-ın Avropaya münasibətdə tətbiq etdiyi ticarət tarifləri və Avopa Komissiyasının Prezidenti Fon der Leyenin bunun cavabsız qoyulmayacağını bəyan etdiyi nəzərə alındıqda vəziyyət heç də sabit deyil. Bunu, dünyadakı hərbi savaşlardan (Rusiya-Ukrayna, İsrail-Həmas, və s. fonunda) və qaynar fazadan sonra nisbətən soyuq dövrə qədəm qoyması, yaxud iqtisadi savaşın başlanması olaraq da adlandırmaq olar”-deyən politoloq bildirib ki, hətta 1945-1991-ci illərdə yaşanan Soyuq Müharibə dövrünün ritorikasına da geri dönülməkdədir.

Şəhla Cəlilzadə qeyd edib ki, Trampın “Dəmir Qübbə” ifadəsi o dövrün “Dəmir Pərdə” ifadəsi ilə səsləşir: “Belə bir şəraitdə, Azərbaycan çoxvektorlu xarici siyasətini genişləndirmək imkanları qazanır. Odur ki, İlham Əliyev Trampın birinci prezidentlik dövründə ikili münasibətlərdə əldə olunan uğurları, 44 günlük Vətən müharibəsindəki qələbəmizə ABŞ-ın münasibətini xatırlayaraq, həmçinin ötən 4 ildə Bayden dövründə ABŞ-nın ölkəmizə qarşı ən sərt mövqelər sərgilədiyini yada salaraq, yeni dövrdən böyük gözləntilər duyduğunu bəyan etdi. Bu, həm iki ölkə arasında münasibətlərin bərpası, həm də Cənubi Qafqaz regionunda ABŞ-ın daha neytral və sülhpərvər mövqe seçməsilə əlaqədar gözləntilərdir. Həmçinin qlobal ticarət, nəqliyyat və enerji infrastrukturunun inkişafına Azərbaycanın verdiyi töhfələr burada mühüm amil olaraq qiymətləndirilməkdədir”.

Çinə gəlincə, politoloq bildirib ki, Çin və ABŞ dünyanın iki ən önəmli siyasi və iqtisadi gücüdür və onlar arasında ticari müharibə yaxud razılaşma dünyanın siyasi-iqtisadi mənzərəsini həll edə bilər: “İki ölkə arasında Tayvan, Honq Konq, insan haqları, Covid-19-un yayılması, ticarət tarifləri və kiber-təhlükəsizlik kimi müxtəlif məsələlərlə bağlı gərginliklər var. Bütün bu gərginlikləri həll etmək üçün iki ölkə arasında müsbət danışıqlar mühiti faydalı rol oynaya bilər. Lakin görünən odur ki, tərəflər “status-kvo”nu, yəni mövcud vəziyyəti qorumaqla bağlı razılaşıblar. Yəni, Çin nə 1980-ci illərdə etdiyi kimi “islahatlar və böyük açılım” siyasətinə, nə də 2008-ci ildə etdiyi kimi bu açılımı müəyyən dərəcədə sonlandıran iqtisadi siyasətə geri dönməyəcək. Belə ki, 1980-lərdə Çin sosialist planlı iqtisadiyyatından bazar iqtisadiyyatı istiqamətində mühüm keçid etmiş, xarici ticarəti liberallaşdırmış, Qərblə iqtisadi əməkdaşlıq dərinləşdirilmişdisə, 2008-də dünyada yaşanan qlobal iqtisadi böhran fonunda yeni iqtisadi siyasətə keçid etməyə məcbur qalmışdı. Bu, dövlətin bazar iqtisadiyyatını tənzimləməsi məqsədilə müvafiq müdaxilələri, daxili istehlakın təşviqi, qlobal infrastruktur layihələrinə dövlət dəstəyi və s. əhatə edirdi”.

“Odur ki, Trampın ABŞ prezidentliyində ikinci dövrü ABŞ-Çin münasibətlərinə də yeni nəfəs gətirə bilər. Bu, Çinin BRICS çərçivəsində dolların maliyyə gücünü sonlandırmağı nəzərdə tutan maliyyə siyasətinə ara verməyə, lakin eyni zamanda Şərq-Qərb dəhlizi üzrə daha aktiv siyasətə vadar edə bilər”-deyən Şəhla Cəlilzadə hesab edir ki, bu da Azərbaycanın Şərq və Qərb arasında bağlayıcı dövlət olaraq öz milli maraqlarını irəli çəkməsinə töhfə verə bilər.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri