Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “ Tramp qeyri-standart yanaşmaları ilə diqqət çəkən bir siyasətçidir.
Seçki öncəsi verdiyi açıqlamalarda o, daha çox ABŞ-ın daxili məsələlərinə fokuslanacağını vurğulayırdı.
Bu isə belə bir fikir formalaşdırmışdı ki, Vaşinqton digər regionlarda öz fəallığını azaldacaq.
Ancaq artıq Tramp prezident kimi sərt manevrlər edərək göstərir ki, ABŞ başqa coğrafiyalarda, o cümlədən Yaxın Şərqdə, öz təsirini daha da artıracaq.
Bu isə təkcə Yaxın Şərqdə deyil, ABŞ-ın digər ölkələrlə, o cümlədən Çin, Rusiya və Avropa dövlətləri ilə münasibətlərinə də ciddi təsir göstərə bilər.
Bu mənada Trampın son açıqlamaları Çində, Rusiyada və əksər Avropa ölkələrində sərt tənqid və geniş müzakirələrə səbəb olub” Bunu Moderator.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloq Ağ evdə Trampın İsrailin baş naziri ilə görüşü zamanı ABŞ-ın Qəzza bölgəsini öz nəzarəti altına götürməyə hazır olduğunu diqqətə çatdırdı: “O, bunu özünəməxsus şəkildə ifadə edərək vurğuladı ki, ABŞ bölgənin məsuliyyətini hər mənada öz üzərinə götürmək niyyətindədir.
Bu açıqlama dünya mediasında geniş müzakirəyə səbəb oldu və bir çox ölkələrdə siyasətçilərin sərt tənqidi ilə qarşılandı.