Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Trampın bu planı gündəmi çalxaladı: 2 milyon fələstinlinin taleyi necə olacaq?

Trampın bu planı gündəmi çalxaladı: 2 milyon fələstinlinin taleyi necə olacaq?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“ Tramp qeyri-standart yanaşmaları ilə diqqət çəkən bir siyasətçidir. Seçki öncəsi verdiyi açıqlamalarda o, daha çox ABŞ-ın daxili məsələlərinə fokuslanacağını vurğulayırdı. Bu isə belə bir fikir formalaşdırmışdı ki, Vaşinqton digər regionlarda öz fəallığını azaldacaq. Ancaq artıq Tramp prezident kimi sərt manevrlər edərək göstərir ki, ABŞ başqa coğrafiyalarda, o cümlədən Yaxın Şərqdə, öz təsirini daha da artıracaq. Bu isə təkcə Yaxın Şərqdə deyil, ABŞ-ın digər ölkələrlə, o cümlədən Çin, Rusiya və Avropa dövlətləri ilə münasibətlərinə də ciddi təsir göstərə bilər. Bu mənada Trampın son açıqlamaları Çində, Rusiyada və əksər Avropa ölkələrində sərt tənqid və geniş müzakirələrə səbəb olub”

Bunu Moderator.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloq Ağ evdə  Trampın İsrailin baş naziri ilə görüşü zamanı  ABŞ-ın  Qəzza bölgəsini öz nəzarəti altına götürməyə hazır olduğunu diqqətə çatdırdı:

“O, bunu özünəməxsus şəkildə ifadə edərək vurğuladı ki, ABŞ bölgənin məsuliyyətini hər mənada öz üzərinə götürmək niyyətindədir. Bu açıqlama dünya mediasında geniş müzakirəyə səbəb oldu və bir çox ölkələrdə siyasətçilərin sərt tənqidi ilə qarşılandı. Xüsusilə Türkiyə, Çin və Almaniya Trampın bu mövqeyinə qarşı kəskin reaksiya verib. Hətta ABŞ daxilində də Demokrat Partiyasının təmsilçiləri Trampın yanaşmasını sərt şəkildə tənqid ediblər.Trampın bu cür fikirlər səsləndirməsi Yaxın Şərqdə münaqişəni daha da alovlandıra bilər. Çünki o, eyni zamanda Qəzza bölgəsindən fələstinlilərin köçürülməsi ideyasını irəli sürüb. Bu isə 2 milyon insanın hüquqlarının birbaşa pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası daha əvvəl müvafiq qətnamə qəbul edərək iki dövlət prinsipini dəstəkləyib. Hazırda da əsas yanaşma ondan ibarətdir ki, Yaxın Şərqdə yəhudilərlə fələstinlilərin dinc yanaşı yaşamasının ən optimal yolu BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun addımların atılmasıdır. Və 2 milyondan artıq insanın öz torpaqlarından köçürülməsi sözsüz ki, ciddi fəsadlara səbəb ola bilər. Bu məsələ Almaniya Bundestaqında da geniş müzakirə edilib və istər hakim partiya, istərsə də müxalifət Trampın bu planını sərt şəkildə tənqid edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan da Trampın səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb. Eyni zamanda Çin rəsmiləri də məsələyə dərhal reaksiya verərək öz etirazlarını bildiriblər. ABŞ-ın Qəzza bölgəsini hansı formada nəzarət altına almaq istədiyi isə açıq sual olaraq qalır. Vaşinqton bölgəyə hərbi kontingent göndərəcəkmi, yoxsa bu məqsədinə proksi üsullarla nail olmağa çalışacaq? Bu suala zaman cavab verəcək. Lakin ümumi yanaşma ondan ibarətdir ki, Trampın bu planı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər. Fələstinlilər də bu plana qarşı sərt etiraz ediblər. 2 milyondan artıq insanın öz torpaqlarından köçürülməsi bütün dünyada ciddi narahatlıq doğurur. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı geniş müzakirələr aparılır və bu məsələ beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib”.

Politoloq əlavə edib ki, bu prosesin heç də asan olmayacağı aydındır:

“Birincisi, Donald Tramp Qəzzada iş yerlərinin açılması, bərpa işlərinin aparılması, partlamamış sursatların təmizlənməsi kimi məsələlərin məsuliyyətini öz üzərinə götürmək niyyətindədir. Ancaq bu cür genişmiqyaslı işləri bir prezidentlik dövrü ərzində həyata keçirmək olduqca çətin olacaq. Bundan əlavə, 2 milyondan artıq fələstinlinin Qəzza bölgəsindən köçürülməsi olduqca ağrılı və gərgin bir proses olacaq. Bu isə, qeyd etdiyim kimi, münaqişə vəziyyətini daha da kəskinləşdirəcək və son dərəcə həssas yanaşma tələb edir. Məsələnin digər mühüm tərəfi beynəlxalq ictimaiyyətin gözlənilən etirazlarıdır. Dünyanın aparıcı dövlətləri Trampın bu planına qarşı çıxacaqlar. Ona görə də düşünürəm ki, Trampın səsləndirdiyi fikirlər sadəcə siyasi bəyanat olaraq qala bilər. Düzdür, bu istiqamətdə müəyyən cəhdlər edilə bilər, lakin burada yalnız ABŞ-ın mövqeyi həlledici olmayacaq. Bu məsələ həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrlə ziddiyyət təşkil edir. Əgər Tramp bu planda israr edərsə, bu, yalnız Yaxın Şərqdə deyil, ümumiyyətlə, beynəlxalq diplomatiyada ciddi bir qarşıdurmaya səbəb ola bilər. BMT-nin onsuz da zəifləmiş nüfuzuna daha böyük zərbə vuracaq və təşkilata olan etimadı daha da sarsıdacaq. Bu baxımdan, Trampın bu planının gerçəkləşməsi nəinki asan, hətta mümkün olmayan bir proses kimi görünür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri