Trampın bu sözlərindən sonra neftin qiyməti dəyişdi Yeni rəqəm

02.02.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Brent markalı xam neftin qiyməti fevralın 2-də 5% ucuzlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki,  neft qiymətlərinin düşməsi, Tehran və Vaşinqtonun danışıqlara hazır olduqlarını bəyan etmələri fonunda sürətlənib:

“Ötən həftənin sonunda Brent markalı xam neftin bir barelinin qiyməti ABŞ-ın İrana mümkün hücumlarının nəticələrinə görə 71 dollara yüksəlmişdi. İndi bu rəqəm təxminən beş faiz azalaraq təxminən 65,5 dollara düşüb”.

Qeyd olunur ki, neft qiymətlərinin düşməsi də daxil olmaqla, əmtəə bazarlarındakı ümumi eniş dolların möhkəmlənməsindən də təsirlənir.

Bundan əvvəl  ABŞ Prezidenti Donald Tramp  demişdi ki, İran mübahisəli məsələlərdə ABŞ ilə danışıqlar aparmaqda ciddidir.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью