Trampın bu sözlərindən sonra neftin qiyməti dəyişdi Yeni rəqəm
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Brent markalı xam neftin qiyməti fevralın 2-də 5% ucuzlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, neft qiymətlərinin düşməsi, Tehran və Vaşinqtonun danışıqlara hazır olduqlarını bəyan etmələri fonunda sürətlənib:
“Ötən həftənin sonunda Brent markalı xam neftin bir barelinin qiyməti ABŞ-ın İrana mümkün hücumlarının nəticələrinə görə 71 dollara yüksəlmişdi. İndi bu rəqəm təxminən beş faiz azalaraq təxminən 65,5 dollara düşüb”.
Qeyd olunur ki, neft qiymətlərinin düşməsi də daxil olmaqla, əmtəə bazarlarındakı ümumi eniş dolların möhkəmlənməsindən də təsirlənir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp demişdi ki, İran mübahisəli məsələlərdə ABŞ ilə danışıqlar aparmaqda ciddidir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















