Trampın “Fələstinsiz Qəzza” Planı: Yeni Yaxın Şərq Nizamı? | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasəti yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Onun Qəzza bölgəsindəki fələstinlilərin Misir və İordaniyaya köçürülməsi təklifi təkcə humanitar aspektlə izah olunmur.
Bu planın arxasında daha geniş geosiyasi məqsədlərin dayandığı açıq şəkildə görünür.
Digər tərəfdən, regionun vacib oyunçuları olan Türkiyə və İsrail arasındakı gərgin münasibətlərin yumşaldılması məsələsi də Tramp administrasiyasının diqqət mərkəzindədir.
Ağ Ev, iki müttəfiqini barışdırmaq üçün yeni şərtlər irəli sürüb. Bəs, Tramp bu məqsədə çatmaq üçün hansı addımları atacaq?
Türkiyə və İsrail bir masa arxasında əyləşməyə razı olacaqmı? Və ən əsası, ABŞ-nin Yaxın Şərqlə bağlı böyük planı nədir?
Bu barədə Moderator.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Orta Şərqdə təhlükəsizlik konyukturası yenidən qurulur və qüvvələr balansı dəyişir: “Suriyada altmış illik Əsəd rejiminə son qoyulması və Qəzza bölgəsində atəşkəsin ardından yeni addımlarla bağlı müzakirələrin intensivləşməsi buna bariz nümunədir.
Tam oxu
Xəbəri oxu