Icma.az
close
up
RU
Trampın “Fələstinsiz Qəzza” Planı: Yeni Yaxın Şərq Nizamı?

Trampın “Fələstinsiz Qəzza” Planı: Yeni Yaxın Şərq Nizamı?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasəti yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Onun Qəzza bölgəsindəki fələstinlilərin Misir və İordaniyaya köçürülməsi təklifi təkcə humanitar aspektlə izah olunmur. Bu planın arxasında daha geniş geosiyasi məqsədlərin dayandığı açıq şəkildə görünür. Digər tərəfdən, regionun vacib oyunçuları olan Türkiyə və İsrail arasındakı gərgin münasibətlərin yumşaldılması məsələsi də Tramp administrasiyasının diqqət mərkəzindədir. Ağ Ev, iki müttəfiqini barışdırmaq üçün yeni şərtlər irəli sürüb. Bəs, Tramp bu məqsədə çatmaq üçün hansı addımları atacaq? Türkiyə və İsrail bir masa arxasında əyləşməyə razı olacaqmı? Və ən əsası, ABŞ-nin Yaxın Şərqlə bağlı böyük planı nədir?

Bu barədə Moderator.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Orta Şərqdə təhlükəsizlik konyukturası yenidən qurulur və qüvvələr balansı dəyişir:

“Suriyada altmış illik Əsəd rejiminə son qoyulması və Qəzza bölgəsində atəşkəsin ardından yeni addımlarla bağlı müzakirələrin intensivləşməsi buna bariz nümunədir. Trampın Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir, İordaniya və digər ərəb ölkələrinə köçürülməsi təklifi bu müzakirələri yenidən kənskinləşdirən əsas məsələlərdən birinə çevrilib. Bir tərəfdən humanitar məqsədlər ön plana çıxarılaraq Qəzza sakinlərinin qısa və ya uzun müddətli köçü məsələsi ətrafında fikir ayrılıqları dərinləşməyə davam edir, digər tərəfdən isə bu prosesin arxasında dayanan əsas məqsədlər araşdırılır. Heç şübhəsiz ki, İsrail tərəfinin Trampın bu təklifini dəstəkləməsi ərəb dünyasında birmənalı şəkildə qarşılanmayıb. İordaniya və Misir artıq fələstinlilərin öz torpaqlarında yaşamaq hüququnu müdafiə etdiyini bildirib. Fələstinin mövqeyi də açıq və konkret şəkildə ifadə olunub. Fələstinlilərin etnik təmizləməsi olaraq qəbul edilən bu təklif heç bir halda qəbul edilə bilməz deyə rəsmi bəyanatlarda qeyd olunub. Həmçinin ərəb dövlətlərinə də bu məsələdə həmrəylik nümayiş etdirməsi üçün müraciət olunub”.

Politoloq əlavə edib k, hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə olunur ki, Trampın Orta Şərq siyasətinin mərkəzində İsrailin maraqlarının müdafiə olunması istiqamətində addımların atılması dayanır:

“Təbii ki, bu addımlar təkbaşına atıla bilməz. Xüsusilə də, Türkiyənin regionun yeni konfiqurasiyasında əsas aktorlardan biri olduğunu nəzərə aldıqda, ABŞ-nin Orta Şərq siyasətinin uğurlu olmasının ilkin şərti Türkiyənin maraqlarının gözardı edilməməsidir. Təbii ki, bunun üçün iki əsas strateji tərəfdaşı olan ölkə, Türkiyə və İsrail arasındakı gərginliyə son qoyulması mütləqdir. Ona görə də, düşünürəm Tramp üçün bugün önəmli olan əsas məsələlərdən biri də Qəzza bölgəsində Türkiyə və İsrail arasındakı ziddiyyətləri yumşalda biləcək ortaq yol xəritəsinin müəyyənləşdirilməsidir. Türkiyənin Trampın “Fələstinsiz Qəzza planını” dəstəkləməsi ehtimalı heç bir halda real deyil. Belə olan halda Tramp administrasiyasının Türkiyə və İsraili bir masa arxasında əyləşdirəcək  strateji həmləsi “nə olar” sualı daha çox müzakirə mövzusuna çevrilə bilər”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri