Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlumatda bildirilir ki, Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar və Hörmüz boğazının açılması ilə bağlı əldə olunan razılıq bu qərarda mühüm rol oynayıb. İddialara əsasən, İsrail rəhbərliyi planın ləğvindən yalnız Trampın Truth Social paylaşımından xəbər tutub və bu, Vaşinqton–Təl-Əviv münasibətlərində koordinasiya ilə bağlı suallar yaradıb.
ABŞ-ın belə mühüm hərbi qərarı müttəfiqi İsraillə əvvəlcədən koordinasiya etmədən dəyişməsi regionda təhlükəsizlik balansına necə təsir göstərə bilər?Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu ötən həftə ABŞ-a səfər edib, Trampla görüşüb və bu görüşdən sonra Tramp elan edib ki, İrana qarşı “sarsıdıcı zərbə” vuracaq və İranı danışıqlar masasına əyləşdirəcək və bu, yekun qərardır.
Politoloq deyib ki, İranın əsasən mülki infrastrukturu hədəf olacaqdı və belə bir plan var idi. Amma Qətərin vasitəsilə Türkiyə, Pakistan və Misir, xüsusilə İranın xarici işlər naziri və İran rəhbərliyi artıq belə bir ehtimalı gözləyirdi.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Trampın İranın mülki infrastrukturunu hədəf alması İran iqtisadiyyatının çökməsi demək olardı.
Buna görə İran tərəfi Amerikadan xahiş edib. Görünür, SEPAH da atəşkəslə, yəni yeni bir sazişlə razılaşır: “Omanın xarici işlər naziri də Arakçiyə bildirib ki, “sizin mövqeyinizi SEPAH bölüşür”.
İran söz verib və buna görə Amerika prosesi dayandırıb. Vasitəçilər də müəyyən qədər rol oynayıb”.
İsrailə gəldikdə isə, politoloq deyib ki, İsrail hərbi əməliyyatların aparılmasında və İrana dağıdıcı zərbə vurulmasında maraqlıdır.
Politoloqun fikrincə, əgər Tramp bunu elan edibsə, İsrail tərəfinin bundan xəbəri olmaya bilər. İsrail burada məyus olur.
“Tramp bildirib ki, İranla bağlı razılaşma əldə olunacaqsa, İsrail də bununla razılaşmalı olacaq.
ABŞ administrasiyası hazırda İranla bağlı məsələdə, xüsusilə razılaşma məsələsində Təl-Əvivlə siyasi baxışlarını bölüşmür, daha çox Təl-Əvivə tələb edir ki, “bununla bağlı mənimlə razılaşmalısan”” deyəo bildirib.
M.Əsədullazadə vurğulayıb ki, , ABŞ və İsrail arasındakı təhlükəsizliklə bağlı əməkdaşlığın regionda pozulduğunu düşünmür.
Onun fikrincə, Amerika prezidenti İsraildən fərqli olaraq, daha çox diplomatiyaya üstünlük verməyə çalışır, İsrail də bununla barışmalı olacaq və bu, regionda təhlükəsizlik balansının qorunmasına gətirib çıxara bilər.
İradə Cəlil, Bizimyol.info