Icma.az
close
up
RU
Trampın mesajı: “İranla razılaşma olacaqsa, İsrail də qəbul etməlidir”

Trampın mesajı: “İranla razılaşma olacaqsa, İsrail də qəbul etməlidir”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail mediasının iddiasına görə, ABŞ və İsrail İran infrastrukturuna qarşı genişmiqyaslı birgə zərbə planlaşdırsa da, Donald Tramp əməliyyatı başlamazdan təxminən 24 saat əvvəl dayandırıb.

Məlumatda bildirilir ki, Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar və Hörmüz boğazının açılması ilə bağlı əldə olunan razılıq bu qərarda mühüm rol oynayıb. İddialara əsasən, İsrail rəhbərliyi planın ləğvindən yalnız Trampın Truth Social paylaşımından xəbər tutub və bu, Vaşinqton–Təl-Əviv münasibətlərində koordinasiya ilə bağlı suallar yaradıb.

ABŞ-ın belə mühüm hərbi qərarı müttəfiqi İsraillə əvvəlcədən koordinasiya etmədən dəyişməsi regionda təhlükəsizlik balansına necə təsir göstərə bilər?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına bildirib ki, İsrail Baş naziri Binyamin Netanyahu ötən həftə ABŞ-a səfər edib, Trampla görüşüb və bu görüşdən sonra Tramp elan edib ki, İrana qarşı “sarsıdıcı zərbə” vuracaq və İranı danışıqlar masasına əyləşdirəcək və bu, yekun qərardır.

Politoloq deyib ki, İranın əsasən mülki infrastrukturu hədəf olacaqdı və belə bir plan var idi. Amma Qətərin vasitəsilə Türkiyə, Pakistan və Misir, xüsusilə İranın xarici işlər naziri və İran rəhbərliyi artıq belə bir ehtimalı gözləyirdi.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Trampın İranın mülki infrastrukturunu hədəf alması İran iqtisadiyyatının çökməsi demək olardı.

Buna görə İran tərəfi Amerikadan xahiş edib. Görünür, SEPAH da atəşkəslə, yəni yeni bir sazişlə razılaşır: “Omanın xarici işlər naziri də Arakçiyə bildirib ki, “sizin mövqeyinizi SEPAH bölüşür”.

İran söz verib və buna görə Amerika prosesi dayandırıb. Vasitəçilər də müəyyən qədər rol oynayıb”.

İsrailə gəldikdə isə, politoloq deyib ki, İsrail hərbi əməliyyatların aparılmasında və İrana dağıdıcı zərbə vurulmasında maraqlıdır.

Politoloqun fikrincə, əgər Tramp bunu elan edibsə, İsrail tərəfinin bundan xəbəri olmaya bilər. İsrail burada məyus olur.

“Tramp bildirib ki, İranla bağlı razılaşma əldə olunacaqsa, İsrail də bununla razılaşmalı olacaq.

ABŞ administrasiyası hazırda İranla bağlı məsələdə, xüsusilə razılaşma məsələsində Təl-Əvivlə siyasi baxışlarını bölüşmür, daha çox Təl-Əvivə tələb edir ki, “bununla bağlı mənimlə razılaşmalısan”” deyəo bildirib.

M.Əsədullazadə vurğulayıb ki, , ABŞ və İsrail arasındakı təhlükəsizliklə bağlı əməkdaşlığın regionda pozulduğunu düşünmür.

Onun fikrincə, Amerika prezidenti İsraildən fərqli olaraq, daha çox diplomatiyaya üstünlük verməyə çalışır, İsrail də bununla barışmalı olacaq və bu, regionda təhlükəsizlik balansının qorunmasına gətirib çıxara bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Avqust 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri