Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionun ABŞ-nin Ukraynadakı müharibədən çıxacağı ilə bağlı son bəyanatları bir növ “Putin üçün hədiyyə” olub və münaqişənin gələcək inkişafı üçün məsuliyyəti Avropalı müttəfiqlərin üzərinə atmaq cəhdidir.“AzPolitika” xəbər verir ki, “The New York Times”(NYT) nəşrində dərc edilən məqalədə belə deyilir.
Nəşr yazır: "Doğrudanmı, Rubio və Tramp sadəcə Ukraynadan “əllərini yuyub” getməyə hazırlaşırlar?
Bu variant Rubionun "bu bizim müharibə deyil" xəbərdarlığında öz əksini tapıb....
Onun sözləri Amerikanın Putinə son hədiyyəsi oldu".NYT belə bir bəyanatın arxasında Ukraynaya hərbi yardımı dayandırmaq və ya azaltmaq niyyətinin ola biləcəyini ehtimal edir.
Nəşr qeyd edir ki, hazırda “Ağ Evdə və ya Kapitoliya təpəsində Ukrayna üçün növbəti silah paketi ilə bağlı faktiki olaraq heç bir ciddi müzakirə aparılmır” və Avropa rəsmilərinin ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini davam etdirələcəyinə dair zəmanətləri yoxdur.Bu arada qeyd olunur ki, ABŞ administrasiyası Ukraynaya hərbi dəstək əvəzinə onunla mineral resurslarla bağlı razılaşma hayındadır.
Qəzet vurğulayır ki, Vaşinqtonun bəyanatları getdikcə praqmatik səslənir və əsas diqqət ABŞ-nin verməyə hazır olduğu şeydən çox, Ukrayna ilə əməkdaşlıqdan nə qazanacağına yönəlib.
Xüsusilə, bu, əvvəllər Rusiya ilə danışıqlarda sülh anlaşması ilə əlaqələndirilən, indi isə ayrılıqda baxılan mineral ehtiyatlar üzrə sazişə aiddir.Qəzet iddia edir ki, Ukraynada “əllərini yumaq” istəyən Tramp Putinlə digər sahələrdə anlaşmağa hazırlaşır.