Icma.az
close
up
RU
TRAMPIN PUTİNƏ NÖVBƏTİ HƏDİYYƏSİ “ABŞ Ukraynadan “əllərini yuyub” getməyə hazırlaşır?”

TRAMPIN PUTİNƏ NÖVBƏTİ HƏDİYYƏSİ “ABŞ Ukraynadan “əllərini yuyub” getməyə hazırlaşır?”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionun ABŞ-nin Ukraynadakı müharibədən çıxacağı ilə bağlı son bəyanatları bir növ “Putin üçün hədiyyə” olub və münaqişənin gələcək inkişafı üçün məsuliyyəti Avropalı müttəfiqlərin üzərinə atmaq cəhdidir.

“AzPolitika” xəbər verir ki, “The New York Times”(NYT) nəşrində dərc edilən məqalədə belə deyilir.

Nəşr yazır: "Doğrudanmı, Rubio və Tramp sadəcə Ukraynadan “əllərini yuyub” getməyə hazırlaşırlar? Bu variant Rubionun "bu bizim müharibə deyil" xəbərdarlığında öz əksini tapıb.... Onun sözləri Amerikanın Putinə son hədiyyəsi oldu".

NYT belə bir bəyanatın arxasında Ukraynaya hərbi yardımı dayandırmaq və ya azaltmaq niyyətinin ola biləcəyini ehtimal edir. Nəşr qeyd edir ki, hazırda “Ağ Evdə və ya Kapitoliya təpəsində Ukrayna üçün növbəti silah paketi ilə bağlı faktiki olaraq heç bir ciddi müzakirə aparılmır” və Avropa rəsmilərinin ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini davam etdirələcəyinə dair zəmanətləri yoxdur.

Bu arada qeyd olunur ki, ABŞ administrasiyası Ukraynaya hərbi dəstək əvəzinə onunla mineral resurslarla bağlı razılaşma hayındadır.

Qəzet vurğulayır ki, Vaşinqtonun bəyanatları getdikcə praqmatik səslənir və əsas diqqət ABŞ-nin verməyə hazır olduğu şeydən çox, Ukrayna ilə əməkdaşlıqdan nə qazanacağına yönəlib. Xüsusilə, bu, əvvəllər Rusiya ilə danışıqlarda sülh anlaşması ilə əlaqələndirilən, indi isə ayrılıqda baxılan mineral ehtiyatlar üzrə sazişə aiddir.

Qəzet iddia edir ki, Ukraynada “əllərini yumaq” istəyən Tramp Putinlə digər sahələrdə anlaşmağa hazırlaşır. NYT-nin məlumatına görə, Donald Tramp Moskva ilə istər atəşkəs elan etməklə, istərsə də sadəcə olaraq münaqişəni dondurmaqla sövdələşməyə getmək istəyirdi. Bu, ona diqqətini başqa siyasi istiqamətlərə yönəltməyə və eyni zamanda “Rusiya ilə yaxınlaşmağa” imkan verərdi.


Ancaq bu arada qeyd edək ki, Rusiyanın Ukrayna ilə bağlı tələblərini yerinə yetirmək təkcə ABŞ-ninn imkanları daxilində deyil. Məsələn, sanksiyaların götürülməsi, dondurulmuş Rusiya aktivləri və s. kimi məsələlər Avropanın razılığı olmadan mümkün deyil. Tramp isə hər nə qədər digər ölkə başçıları barədə “onlar mənim arxamı öpməyə hazırdırlar” desə də, reallıqda nə Avropa liderləri, nə də Ukrayna Trampın qeyri-adekvat istəklərilə razılaşmaq fikrində deyillər.

NYT avropalı diplomatlara istinadla qeyd edir ki, Rusiya müharibəni dayandırmaq üçün əlavə şərtlər, xüsusən də qondarma “denasifikasiya” və Ukrayna Prezidenti Volodimir Zelenskinin istefası tələbini irəli sürür: "ABŞ-nin Ukraynanın martın ortalarında razılaşdığı real atəşkəs planı var. Lakin Rusiya vaxt uzadır, yeni şərtlər, o cümlədən "denasifikasiya" və Zelenskinin faktiki olaraq dəyişdirilməsini tələb edir".

NYT ABŞ-nin bundan sonra Ukraynaya dəstəkdə aparıcı rol oynamasına şübhə ilə yanaşır: “İndi əsas sual Tramp Rusiyaya yaxınlaşdıqca ABŞ-nin Ukraynanın müdafiəsini Ukraynanın özünün və Avropanın üstünə atıb-atmayacağıdır”.

Əlavə olaraq onu da qeyd edək ki, Rubionun, eləcə də Trampın özünün Ukrayna danışıqlarından, ümumilikdə bu müharibədən çəkiləcəyi ilə bağlı bəyanatları Qərb mətbuatı, eləcə də Avropa diplomatları tərəfindən Tramp administrasiyasının Kremlə deyil, Kiyevə təzyiq və təhdidi kimi qəbul olunur. Bu, o deməkdir ki, Tramp dolayısı ilə Ukraynadan Putinin tələblərini yerinə yetirməsini istəyir. Bu isə həm də o deməkdir ki, ABŞ xüsusilə də Tramp hakimiyyətə gələndən sonra Rusiyanın Ukraynaya qarşı işğalının, orada törətdiyi hərbi cinayətlərin şəriyinə, vasitəçisinə çevrilib.

C.Məmmədli

“AzPolitika.info”   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri