Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir.
Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib.
Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılması vacibliyindən danışıb.
Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-ın siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Qərb Trampın gözlənilən bəzi qərarlarından indidən narahatdır: "The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb.
Bu əsassız deyil. Tramp böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəli